--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Teymur Musayev ATU məzunlarını təbrik etdi

Aysel Əlibəyli 11 İyul 2026 · 20:15 1100 baxış

Azərbaycan Tibb Universitetində (ATU) 2025/2026-cı tədris ilinin məzunlarına həsr olunan tədbir keçirilib.

Elpress.az xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları, səhiyyə işçiləri, universitetin professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.

Çıxış edən səhiyyə naziri Teymur Musayev məzunları təbrik edərək onların həyatında yeni və məsuliyyətli mərhələnin başladığını bildirib. Nazir vurğulayıb ki, Azərbaycanda səhiyyə və tibb təhsilinin inkişafı ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin əsas istiqamətlərindən biri olub.

Teymur Musayev, həmçinin Azərbaycan Tibb Universitetinin yetirməsi, görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın tibb elminə və tibb təhsilinə verdiyi töhfələri xüsusi qeyd edib. Onun sözlərinə görə, Zərifə Əliyevanın elmi irsi bu gün də peşəkar həkim və alimlərin yetişməsində mühüm rol oynayır.

Nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə səhiyyə sahəsində həyata keçirilən islahatlar nəticəsində müasir tibb müəssisələri yaradılıb, maddi-texniki baza gücləndirilib və rəqəmsal həllərin tətbiqi genişlənib.

O qeyd edib ki, süni intellekt, fərdiləşdirilmiş tibb və innovativ müalicə üsulları səhiyyənin inkişafında yeni mərhələ formalaşdırır. Bu səbəbdən gələcəyin həkimləri yalnız nəzəri biliklərlə kifayətlənməməli, yeni texnologiyaları mənimsəyən və daim öz üzərində çalışan mütəxəssislər olmalıdır.ATU-nun rektoru, professor Gəray Gəraybəyli də məzunları təbrik edərək onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən digər qonaqlar universitetin zəngin ənənələrindən danışaraq gənc həkimlərin ölkənin səhiyyə sisteminə mühüm töhfələr verəcəyinə əmin olduqlarını bildiriblər.Mərasimin ən yaddaqalan anlarından biri məzunların Hippokrat andını qəbul etməsi olub.

Daha sonra təhsilini fərqlənmə diplomu ilə başa vuran tələbələrə diplomlar səhiyyə naziri Teymur Musayev və rektor Gəray Gəraybəyli tərəfindən təqdim edilib.

Qeyd edək ki, 2025/2026-cı tədris ilində Azərbaycan Tibb Universitetinin 9 ixtisası üzrə ümumilikdə 1270 tələbə məzun olub. Tədbir bədii proqram və məzunlara ünvanlanan xoş arzularla davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoydu

Next Article

Prezident: Qarabağ və Şərqi Zəngəzurdakı inkişaf ürəyimi sevindirir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakının əsas yollarında sıxlıq müşahidə olunur – SİYAHI

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 08:46 1050 baxış Elpress.az bildirir ki, paytaxtın bir sıra əsas küçə və prospektlərində səhər saatlarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən, hazırda aşağıdakı […]

Bakının bu yollarında sıxlıq müşahidə olunur – SİYAHI

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 09:13 1060 baxış Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Elpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda […]

Litva Hərbi Akademiyasının nümayəndələri Azərbaycanda səfərdə olub

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 12:09 1060 baxış Azərbaycan və Litva arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişafı istiqamətində növbəti görüşlər keçirilib. Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Elpress.az xəbər verir ki, səfər […]