--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

İcra hakimiyyətlərində mühüm dəyişiklik: Üç qurum ləğv olundu

Aysel Əlibəyli 21 İyul 2026 · 16:11 1172 baxış

Elpress.az xəbər verir ki, Azərbaycanın rayon və şəhər icra hakimiyyətlərinin tabeliyində fəaliyyət göstərən üç qurum ləğv edilib.

Məlumata görə, ləğv olunan qurumlar Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahələridir.

Qeyd olunur ki, bu qurumların bazasında “Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi” MMC-lər yaradılıb. Yeni müəssisələr də icra hakimiyyətlərinin tabeliyində fəaliyyət göstərəcək.

Bildirilir ki, aparılan dəyişiklik ölkədə həyata keçirilən struktur islahatlarının tərkib hissəsidir.

Ləğvetmə nəticəsində bəzi əməkdaşlar ixtisara salınıb, digərləri isə yeni yaradılan MMC-lərdə işlə təmin olunublar.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun 2025-ci il 22 dekabr tarixli qərarı ilə yerli icra hakimiyyəti başçılarının tabeliyində mənzil-kommunal təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrin işinin təkmilləşdirilməsi istiqamətində yeni qaydalar təsdiqlənib. Bu qərar əsasında “Yerli icra hakimiyyəti başçısının tabeliyində olan Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsinin Nümunəvi Nizamnaməsi” də təsdiq edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Özgür Özel CHP ilə vidalaşdı

Next Article

Berfu Yenenler körpəsini itirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Pezeşkianı Bişkekdə “İstisu”ya qonaq edib

Aysel Əlibəyli 31 Avqust 2026 · 21:14 1082 baxış Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə İran Prezidenti Məsud Pezeşkianla görüşüb. Elpress.az xəbər verir ki, görüş zamanı dövlət başçıları səmimi söhbət aparıblar. Görüşdən görüntülər yayılıb. […]

Dövlət başçısı Qırğızıstanda işgüzar səfərdə

Aysel Əlibəyli 31 Avqust 2026 · 13:37 1058 baxış Azərbaycan Prezidenti İlham Əliyev işgüzar səfərlə Qırğızıstana yollanıb. Elpress.az-ın məlumatına görə, səfərin əsas məqsədi Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək tədbirlərində iştirakdır. Məlumata əsasən, dövlət başçısının təyyarəsi […]