--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Azərbaycan millisi dünya çempionatına 6:0 hesablı qələbə ilə başladı

Aysel Əlibəyli 24 Oktyabr 2026 · 21:44 1014 baxış

Azərbaycanın U-15 futbol millisi Bakıda keçirilən dünya çempionatı və festivalında ilk oyununda inamlı qələbə qazanıb.

Elpress.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv Bakı Kristal Zalında Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edib.

Qarşılaşmada Müşfiq Zamanov və Həsən Məmmədov dubl ediblər. Yusif Əlizadə və Asif Allahverdi-zadə də hərəyə bir dəfə fərqləniblər.

Millimiz oktyabrın 25-də Andorra ilə saat 12:45-də, Avstraliya ilə isə saat 19:30-da qarşılaşacaq. Oktyabrın 26-da komandamız İsrail və Haiti yığmaları ilə mübarizə aparacaq. Bu görüşlər Hövsan Yarış Kompleksinin 10A meydançasında keçiriləcək.

Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 30-dək davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türkiyədə 35 yaşlı futbolçu matç zamanı infarkt keçirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Barselona” Kristensenlə müqaviləni uzatdı

Aysel Əlibəyli 01 İyul 2026 · 12:53 1118 baxış Kataloniya klubundan müdafiəyə güvən: Andreas Kristensen daha iki il “Barselona”da qalacaq İspaniyanın “Barselona” klubu müdafiə xəttinin əsas oyunçularından biri olan Andreas Kristensenlə yeni müqavilə imzalayıb.Klubun rəsmi […]

Basketbol millimiz seçmə mərhələni məğlubiyyətlə başa vurdu

Aysel Əlibəyli 05 İyul 2026 · 19:51 1134 baxış Azərbaycanın kişi basketbol millisi 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununa çıxıb və İrlandiyaya məğlub olub. Elpress.az xəbər verir ki, kişi basketbolçulardan ibarət Azərbaycan […]