--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Yunis Qurbanov: Strateji tərəfdaşlıq yeni mərhələyə keçib

Aysel Əlibəyli 16 İyul 2026 · 13:35 1128 baxış

Yunis Qurbanov Azərbaycan–ABŞ münasibətlərinin strateji səviyyədə inkişaf etdiyini bildirib

Elpress.az xəbər verir ki , Politoloq Yunis Qurbanov hesab edir ki, son dövrlər Azərbaycan ilə ABŞ arasında müşahidə olunan diplomatik fəallıq iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni strateji mərhələyə keçdiyini göstərir. Onun sözlərinə görə, münasibətlər artıq qarşılıqlı hörmət, praqmatik əməkdaşlıq və milli maraqların nəzərə alınması prinsipləri əsasında inkişaf edir.Ekspert bildirib ki, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona etdiyi səfər ikitərəfli əlaqələrdə mühüm dönüş nöqtəsi olub. O qeyd edib ki, həmin görüş zamanı Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumu imzalanıb və bu sənəd gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirib.Yunis Qurbanovun sözlərinə görə, sonrakı mərhələdə ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri zamanı Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması münasibətlərin strateji səviyyəyə yüksəlməsinin hüquqi və siyasi əsasını formalaşdırıb. Politoloq vurğulayıb ki, Azərbaycan bu əməkdaşlıqda bərabərhüquqlu tərəfdaş kimi çıxış edir və müstəqil xarici siyasət yürüdərək milli maraqlarını qətiyyətlə müdafiə edir.Ekspert həmçinin ABŞ-nin Azadlığa Dəstək Aktına edilmiş 907-ci düzəliş barədə danışaraq bildirib ki, bu qərar qəbul edildiyi dövrdən etibarən ədalətsiz və siyasi xarakter daşıyıb. Onun fikrincə, hazırkı geosiyasi şəraitdə həmin düzəliş öz aktuallığını itirib və Azərbaycan–ABŞ strateji tərəfdaşlığının daha da inkişafı üçün qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsas rol oynamalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və “John Deere” əməkdaşlığı müzakirə olunub

Next Article

Türk politoloqdan Türkiyə–Azərbaycan əlaqələrinə yüksək qiymət

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 13:54 1052 baxış Ceyhun Bayramov: Azərbaycanın sessiyada geniş nümayəndə heyəti ilə təmsil olunması gözlənilir Elpress.az xəbər verir ki, Azərbaycan BMT Baş Assambleyasının növbəti sessiyasında geniş tərkibli nümayəndə heyəti ilə […]

Azərbaycan XİN Pakistana başsağlığı verib

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:27 1072 baxış Azərbaycan XİN Pakistan xəstəxanasında 15 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı başsağlığı mesajı yayıb Elpress.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Pakistan Tibbi Elmlər İnstitutunun […]

Hakan Fidan Azərbaycana səfər edəcək

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 14:30 1108 baxış Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Bakıda keçiriləcək beynəlxalq sammitdə iştirak etmək üçün Azərbaycana gələcək. Elpress.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi […]