İstanbulda oktyabrın 14-də yağan güclü yağış şəhərin bir çox ərazisində ciddi fəsadlara səbəb olub. Evləri, iş yerlərini və yeraltı keçidləri su basıb, çoxsaylı avtomobillər yollarda qalıb.
Elpress.az xəbər verir ki, İstanbul Valiliyinin açıqlamasına görə, oktyabrın 14-də saat 06:00-dan 20:00-dək AFAD və 112 Təcili Çağrı Mərkəzinə ümumilikdə 2 518 müraciət daxil olub.
Məlumata əsasən, müraciətlərdən 1 277-si su basması, 15-i torpaq sürüşməsi, 47-si isə insanların təhlükəli vəziyyətdə qalması ilə bağlı olub.
Bəzi rayonlarda yağıntının miqdarı hər kvadratmetrə 95 kiloqrama çatıb. Esenyurt, Başakşehir, Sultangazi və Büyükçekmece ərazilərində su basması halları qeydə alınıb.
Rəsmilər güclü yağış və fırtına təhlükəsinə qarşı sakinləri ehtiyatlı olmağa çağırıblar.


