--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycanda isti hava güclənir

Aysel Əlibəyli 16 İyul 2026 · 13:28 1076 baxış

Milli Hidrometeorologiya Xidməti iyulun 17-nə olan hava proqnozunu açıqlayıb

Elpress.az xəbər verir ki , Milli Hidrometeorologiya Xidməti iyulun 17-si üçün Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı proqnozu açıqlayıb. Məlumata görə, ölkə ərazisində əsasən yağmursuz hava şəraiti hökm sürəcək, bəzi dağlıq və dağətəyi rayonlarda isə qısamüddətli yağıntı ehtimalı var.Bakıda və Abşeron yarımadasında havanın əsasən açıq keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Paytaxtda havanın temperaturu gecə 22–25, gündüz isə 30–35 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 756 mm civə sütunu, nisbi rütubətin isə gecə 70–75 faiz, gündüz 45–55 faiz təşkil edəcəyi bildirilir.Rayonlarda da əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış, leysan, şimşək və dolu ehtimalı var. Həmçinin bəzi dağlıq rayonlarda gecə və səhər saatlarında duman müşahidə ediləcək.Havanın temperaturu rayonlarda gecə 23–27, gündüz 34–38 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 14–18, gündüz 22–27 dərəcə isti olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ali Rada yeni Baş naziri təsdiqlədi

Next Article

Azərbaycan və “John Deere” əməkdaşlığı müzakirə olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

135 nömrəli avtobuslar yenilənir

Aysel Əlibəyli 31 İyul 2026 · 12:10 1062 baxış Xırdalan–“Memar Əcəmi” marşrutu üzrə avtobuslar dəyişdiriləcək Elpress.az xəbər verir ki, “Xaliq Faiqoğlu” şirkəti 135 nömrəli marşrut xəttində sərnişindaşıma xidmətinin yaxşılaşdırılması məqsədilə avtobus parkını yeniləyir.Avqustun 1-dən Xırdalan […]

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib

Aysel Əlibəyli 06 İyun 2026 · 14:23 1181 baxış Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında Vl siniflər üçün monitorinq keçirilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Naxçıvanda monitorinq 17 […]

Naxçıvanda şəhid ailələri və qazilərə yeni mənzillər verilib

Aysel Əlibəyli 19 Avqust 2026 · 20:37 1062 baxış Muxtar respublikada şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsi davam etdirilir Elpress.az xəbər verir, Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında şəhid ailələri və müharibə ilə […]