--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Vilayət Eyvazov Türkiyə nümayəndə heyəti ilə görüşüb

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:20 1072 baxış

Azərbaycan və Türkiyənin daxili işlər qurumları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Elpress.az xəbər verir ki, Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Türkiyənin Daxili İşlər Nazirliyinin nümayəndə heyətini qəbul edib.Səfər çərçivəsində nümayəndə heyətinin rəhbəri Ali Fidan və onu müşayiət edən şəxslər Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini yad ediblər. Həmçinin akademik Zərifə Əliyevanın məzarı önünə gül dəstələri qoyulub.Vilayət Eyvazov görüş zamanı Azərbaycan və Türkiyənin daxili işlər qurumları arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Nazir hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsinin və birgə layihələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.Onun sözlərinə görə, polis əməkdaşlığı çərçivəsində keçirilən görüşlər təcrübə mübadiləsinin aparılmasına və praktiki fəaliyyətin daha səmərəli təşkilinə imkan yaradır.Ali Fidan isə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib və iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, xüsusilə qlobal təhdidlərə və müxtəlif növ cinayətkarlığa qarşı birgə mübarizənin vacibliyini vurğulayıb.Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün də iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiya MN: Ukraynaya bir həftədə 9 zərbə endirilib

Next Article

Xətaidə anbarda yanğın baş verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yasamalda dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Aysel Əlibəyli 23 İyun 2026 · 17:24 1106 baxış Dövlət qulluqçularının peşə bayramı münasibətilə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən silsilə anım və tədbirlər keçirilib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Tədbir çərçivəsində rayon rəhbərliyi və […]

Babək Rayon İcra Hakimiyyətində rəhbər dəyişikliyi

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 17:43 1070 baxış Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Mehbalı oğlu Muradov vəzifəsindən azad edilib. Elpress.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama […]

AQEM Azərbaycanın təşkilata töhfəsini yüksək qiymətləndirdi

Aysel Əlibəyli 30 İyun 2026 · 18:41 1098 baxış Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) rəhbərliyi Azərbaycanın təşkilatın inkişafında oynadığı rolu və diplomatik fəaliyyətini xüsusi qeyd edib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata […]