--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Siyasi şərhçi: Azərbaycanın 30 illik təcrübəsi beynəlxalq hüquqla bağlı mühüm nəticələr ortaya qoyub

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 12:36 1052 baxış

Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və digər nümayəndələrdən ibarət heyəti qəbul edərkən səsləndirdiyi fikirlərdə Azərbaycanın uzun illər üzləşdiyi problemlərə və beynəlxalq münasibətlərdəki təcrübəsinə xüsusi diqqət ayrılıb.

Siyasi şərhçi Ülviyyə Zülfiqar “Report”a açıqlamasında bildirib ki, Azərbaycanın təxminən 30 il ərzində üzləşdiyi əsas problemlərdən biri beynəlxalq hüquq çərçivəsində qəbul edilmiş qərarların icrasının təmin olunmaması olub.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalı ilə bağlı dörd qətnaməsi olsa da, həmin sənədlərin icrasını təmin edən real mexanizmlər tətbiq edilməyib.
Ü.Zülfiqar qeyd edib ki, Azərbaycan uzun illər beynəlxalq təşkilatlardan işğala aydın siyasi qiymət verilməsini və işğalçının konkret şəkildə göstərilməsini tələb edib.
Siyasi şərhçi Azərbaycanın 2023-cü ilin sentyabrında ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra da beynəlxalq təşkilatlarla münasibətlərdə müxtəlif yanaşmaların müşahidə edildiyini bildirib. Onun fikrincə, bu təcrübə beynəlxalq hüquqi qərarların mövcudluğunun onların avtomatik icrasına zəmanət vermədiyini göstərib.
“30 il ərzində qəbul edilmiş sənədlərlə real vəziyyət arasında böyük məsafə qaldı və nəticədə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini öz siyasi iradəsi və gücü hesabına bərpa etdi”, – deyə Ü.Zülfiqar vurğulayıb.
O əlavə edib ki, məhz bu təcrübə fonunda Türk dünyası, Qafqaz və İslam aləmi arasında əməkdaşlıq və həmrəylik məsələləri xüsusi əhəmiyyət kəsb edir.
Ü.Zülfiqarın fikrincə, dövlətlər ortaq maraqlar ətrafında əməkdaşlıq etdikdə onların siyasi çəkisi və hüquqlarını müdafiə etmək imkanları artır. O, Azərbaycanın təcrübəsinin beynəlxalq münasibətlərdə hüquqi sənədlərlə yanaşı, siyasi iradə və həmrəyliyin də əhəmiyyətini göstərdiyini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qaradağda yeni Günəş Elektrik Stansiyası fəaliyyətə başladı

Next Article

Aİ Kanadaya assosiativ üzvlük təklif edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dövlət başçısı Qırğızıstanda işgüzar səfərdə

Aysel Əlibəyli 31 Avqust 2026 · 13:37 1044 baxış Azərbaycan Prezidenti İlham Əliyev işgüzar səfərlə Qırğızıstana yollanıb. Elpress.az-ın məlumatına görə, səfərin əsas məqsədi Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək tədbirlərində iştirakdır. Məlumata əsasən, dövlət başçısının təyyarəsi […]

Azərbaycan və Türkmənistan arasında konsulluq görüşü keçirilib

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 17:03 1052 baxış İki ölkə vətəndaşlarının hüquqlarının qorunması və viza rejiminin sadələşdirilməsi müzakirə olunub Elpress.az xəbər verir ki, Sentyabrın 2-də Aşqabad şəhərində Azərbaycan və Türkmənistan xarici işlər nazirlikləri arasında […]