--:--:-- | 25 İyul 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Qara Dəniz Ticarət və İnkişaf Bankının 28-ci İllik Toplantısı Bakıda baş tutacaq

Aysel Əlibəyli 29 İyun 2026 · 10:49 1048 baxış

Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, iyulun 1-2-də Bakıda Azərbaycanın sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı və Biznes Forumu keçiriləcək.

İllik Toplantı çərçivəsində Bankın ötən dövr üzrə fəaliyyəti qiymətləndiriləcək, 2025-ci ilə dair maliyyə hesabatları təsdiqlənəcək, həmçinin qurumun gələcək inkişaf strategiyası və institusional fəaliyyət istiqamətləri müzakirə olunacaq.Tədbir çərçivəsində təşkil olunacaq Biznes Forum isə “Bazarların əlaqələndirilməsi, iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq kimi” mövzusuna həsr ediləcək. Forumda Azərbaycanın iqtisadi inkişaf prioritetləri, regional əməkdaşlıq imkanları, ölkədə həyata keçirilən investisiya layihələri və inkişafın maliyyələşdirilməsi sahəsində mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparılacaq.Müzakirələr zamanı Azərbaycanın Avropa və Asiya arasında mühüm iqtisadi, nəqliyyat və logistika mərkəzi kimi rolu, regional bağlantıların genişləndirilməsi və dayanıqlı iqtisadi artımın təmin edilməsində şaxələndirilmiş maliyyə mexanizmlərinin əhəmiyyəti diqqət mərkəzində olacaq.Forum çərçivəsində plenar sessiyaların, təqdimatların və işgüzar görüşlərin keçirilməsi, eləcə də sahibkarlar və maliyyə institutlarının nümayəndələri arasında ikitərəfli (B2B) görüşlərin təşkili nəzərdə tutulur.Qeyd edək ki, baş qərargahı Saloniki şəhərində yerləşən Qara Dəniz Ticarət və İnkişaf Bankı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan 11 dövlət tərəfindən yaradılıb. Bank üzv ölkələrdə davamlı iqtisadi inkişafın və regional əməkdaşlığın təşviqi, dövlət və özəl sektor layihələrinin maliyyələşdirilməsi, investisiyaların və ticarətin dəstəklənməsi istiqamətində fəaliyyət göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Venesuelada möcüzə: zəlzələ dağıntıları altından 33 nəfər sağ çıxarıldı

Next Article

Yerli buğdanın dövlət tədarük qiyməti açıqlandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

NK məcburi köçkünlərlə bağlı qaydanı təsdiqləyəcək

Aysel Əlibəyli 23 İyul 2026 · 13:42 1014 baxış Nazirlər Kabineti azad edilmiş ərazilərə köçürülən məcburi köçkünlərə veriləcək yaşayış sahələrinin mülkiyyətə verilməsi qaydasını dörd ay ərzində təsdiqləyəcək. Elpress.az xəbər verir ki, Prezidentin fərmanına əsasən, Nazirlər […]

Ərdoğanın dəvəti əsasında Türkiyəyə səfər etdi.

Aysel Əlibəyli 08 İyun 2026 · 20:22 1064 baxış Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela prezidentinin vəzifələrini icra edən Delsi Rodriqez ilə görüşüb. Delsi Rodriqez Türkiyəyə Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə səfər edib. Məlumata görə, […]

İlham Əliyev beynəlxalq qurumların rəhbərləri ilə görüşdü

Aysel Əlibəyli 10 İyul 2026 · 21:41 1028 baxış Azərbaycan Prezidenti İlham Əliyev iyulun 10-da bir sıra beynəlxalq təşkilatların rəhbər şəxslərini və nümayəndələrini qəbul edib. Elpress.az xəbər verir ki, Görüşdə Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun […]

Nurəddin Qərəvi: Qürbətdə bir vətən nəğməsi

Elşən 07 İyun 2026 · 14:46 1171 baxış İran–ABŞ–İsrail qarşıdurması: savaş, yoxsa ssenari?İran, ABŞ və İsrail arasında yaşanan qarşıdurmanın sona yaxınlaşdığı bir dövrdə bir sual məni ciddi şəkildə düşündürür: həqiqətənmi bu hadisələr bir müharibədir, yoxsa […]