--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Prezident: Müttəfiqlik müqaviləsi Azərbaycan-Qırğızıstan münasibətlərini yüksəldib

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:02 1062 baxış

İlham Əliyev Azərbaycan və Qırğızıstan arasında münasibətlərin ən yüksək səviyyəyə çatdığını bildirib

Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Qırğızıstan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu bildirib. Dövlət başçısı bunu “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı deyib.İlham Əliyev qeyd edib ki, bir ay əvvəl Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanan müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə yüksəldib.Prezident Qırğızıstanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurları və beynəlxalq arenada nüfuzunun möhkəmlənməsini də vurğulayıb. O, Qırğızıstanın 2027–2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini beynəlxalq ictimaiyyətin ölkənin siyasətinə dəstəyinin göstəricisi kimi qiymətləndirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Putin: BMT dünya nizamında mərkəzi rolunu saxlamalıdır

Next Article

Bu il Qarabağ müharibəsində itkin düşən 57 şəxsin kimliyi müəyyən edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev və Vladimir Putin Türkmənbaşıda söhbət ediblər

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 13:39 1008 baxış Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində görüşüblər. Elpress.az xəbər verir ki, oktyabrın 9-da Türkmənbaşı şəhərində […]

AMB pul siyasəti ilə bağlı yeni qərar verdi

Aysel Əlibəyli 24 İyun 2026 · 11:18 1112 baxış Elpress.az xəbər verir ki, Central Bank of the Republic of Azerbaijan 2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikində dəyişiklik edib. Məlumata görə, faiz dəhlizinin […]

Azərbaycan və Tacikistan Baş nazirləri Bakıda görüşüb

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:52 1084 baxış Əli Əsədov və Koxir Rasulzoda iki ölkə arasında əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər Elpress.az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 25-də ölkəmizdə rəsmi səfərdə […]