--:--:-- | 05 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Paşinyan: Azərbaycan və Türkiyə ilə münasibətlərdə irəliləyiş var

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:13 1026 baxış

Ermənistan Azərbaycan və Türkiyə ilə dövlətlərarası əlaqələrin qurulması istiqamətində addımlar atır

Elpress.az xəbər verir ki, Ermənistan Azərbaycan və Türkiyə ilə dövlətlərarası münasibətlərin formalaşdırılması istiqamətində irəliləyiş əldə olunduğunu açıqlayıb. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı bildirib.Paşinyan qeyd edib ki, Ermənistan çoxqütblü və balanslaşdırılmış xarici siyasət yürüdür. Onun sözlərinə görə, bu siyasətin əsas məqsədi ölkənin suverenliyini və müstəqilliyini qorumaq və möhkəmləndirməkdir.Ermənistan hökumətinin qonşu ölkələrlə münasibətlərə xüsusi diqqət ayırdığını deyən Paşinyan İran və Gürcüstanla dostluq əlaqələrinin dərinləşdirildiyini, Azərbaycan və Türkiyə ilə isə dövlətlərarası münasibətlərin qurulması istiqamətində işlərin davam etdiyini vurğulayıb.Baş nazir Ermənistanla Azərbaycan arasında sülhün təmin olunmasının regionda kommunikasiyaların açılması üçün yeni imkanlar yaratdığını bildirib. O, bu çərçivədə TRIPP layihəsinin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib.Paşinyanın sözlərinə görə, yeni nəqliyyat bağlantıları Şərqlə Qərbi — Xəzər dənizi ilə Aralıq dənizini, eləcə də Cənubla Şimalı — Fars körfəzi ilə Qara dənizi birləşdirən marşrutların inkişafına imkan verə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İtkin şəxslərlə bağlı 910 insan qalığı ekshumasiya edilib

Next Article

Rusiyalılar Qazaxıstana elektron icazə ilə gedəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nurəddin Qərəvi: Qürbətdə bir vətən nəğməsi

Elşən 07 İyun 2026 · 14:46 1203 baxış İran–ABŞ–İsrail qarşıdurması: savaş, yoxsa ssenari?İran, ABŞ və İsrail arasında yaşanan qarşıdurmanın sona yaxınlaşdığı bir dövrdə bir sual məni ciddi şəkildə düşündürür: həqiqətənmi bu hadisələr bir müharibədir, yoxsa […]

Emin Məmmədxanlı vəzifəsindən azad olundu

Aysel Əlibəyli 13 İyul 2026 · 11:49 1075 baxış Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emin Məmmədxanlı tutduğu vəzifədən ayrılıb. Elpress.az xəbər verir ki, Emin Nurəddin oğlu Məmmədxanlı Babək Rayon İcra Hakimiyyəti başçısının birinci […]