Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası Türkiyədə sosial media platformaları üzərindən Azərbaycana qarşı koordinasiyalı informasiya kampaniyası aparıldığını bildirib.
Elpress.az xəbər verir ki, komissiyanın açıqlamasında son günlər müşahidə olunan kampaniyanın Azərbaycan-Türkiyə münasibətlərinə təsir göstərməyə, ictimaiyyətdə çaşqınlıq yaratmağa və cəmiyyətdə qütbləşməni dərinləşdirməyə yönəldiyi qeyd olunub.
Məlumata görə, komissiya tərəfindən müəyyənləşdirilən məlumatlar aidiyyəti dövlət qurumlarına təqdim ediləcək.
Açıqlamada vətəndaşlara sosial şəbəkələrdə yayılan informasiyalara qarşı diqqətli yanaşmaq, təsdiqlənməmiş və saxta məlumatlara inanmamaq tövsiyə olunub.


