--:--:-- | 26 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Hikmət Hacıyev Fransa ilə əlaqələrin gələcəyini müzakirə etdi

Aysel Əlibəyli 25 İyun 2026 · 16:15 1044 baxış

Azərbaycan və Fransa arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional proseslər və qarşılıqlı maraq doğuran mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb

Azərbaycan və Fransa arasında siyasi dialoqun və qarşılıqlı əməkdaşlığın aktual istiqamətləri müzakirə olunub.Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buşvalter ilə keçirdiyi görüş barədə “X” hesabında məlumat verib.Hikmət Hacıyev bildirib ki, fransalı həmkarı Bertrand Buşvalterlə Bakıya səfəri çərçivəsində məhsuldar və konstruktiv görüş keçirilib. Görüş zamanı ötən ay Azərbaycan Prezidenti İlham Əliyev ilə Fransa Prezidenti Emmanuel Makron arasında baş tutmuş telefon danışığının ruhuna uyğun olaraq, iki ölkə arasında mövcud münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf imkanları və gələcək perspektivləri ətraflı şəkildə nəzərdən keçirilib.Tərəflər, həmçinin regionda baş verən proseslər, qarşılıqlı maraq doğuran məsələlər və Azərbaycan–Fransa əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zakir Həsənov: Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən biridir

Next Article

Azərbaycanda bir sıra publik hüquqi şəxslərin statusu dəyişdirildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Prezidentin Almaniya səfərinin əhəmiyyəti açıqlanıb

Aysel Əlibəyli 25 İyul 2026 · 14:34 1010 baxış Media eksperti Müşfiq Ələsgərli Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələnin əsasını qoyduğunu bildirib. Elpress.az xəbər verir ki, Mətbuat Şurası İdarə Heyətinin üzvü, […]

Avropa İttifaqından Azərbaycana strateji tərəfdaşlıq mesajı

Aysel Əlibəyli 02 İyul 2026 · 08:13 1036 baxış Elpress.az Azərtac-a istinadən xəbər verir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər son illər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bunu Milli Məclisin deputatı Nurlan Həsənov AZƏRTAC-a […]

XİN rəhbərləri regional məsələləri müzakirə edib

Aysel Əlibəyli 20 İyun 2026 · 18:22 1054 baxış Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı olub. Söhbət zamanı Azərbaycan-Özbəkistan münasibətlərinin gündəliyində duran məsələlər, yüksək səviyyəli […]