--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

“Eternity-2026” təliminə hazırlıq tamamlanıb

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:17 1058 baxış

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirak etdiyi təlim üzrə yekun konfrans keçirilib

Elpress.az xəbər verir ki, Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçiriləcək “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminə hazırlıq çərçivəsində yekun planlaşdırma konfransı keçirilib.Müdafiə Nazirliyindən verilən məlumata görə, üç ölkə arasında hərbi əməkdaşlıq planına uyğun təşkil olunan görüşdə qarşıdakı təlimin əsas istiqamətləri və fəaliyyət planı nəzərdən keçirilib.Konfrans zamanı təlim ssenarisi, nəzərdə tutulan taktiki tapşırıqlar, eləcə də iştirakçı şəxsi heyətin logistika və digər təminat məsələləri üzrə razılıq əldə olunub.“Eternity-2026” təliminin əsas məqsədi mümkün təhlükələr zamanı üç ölkənin hərbi bölmələri arasında koordinasiyanın və qarşılıqlı fəaliyyət imkanlarının gücləndirilməsidir. Təlim çərçivəsində region üçün strateji əhəmiyyət daşıyan iqtisadi və enerji infrastrukturlarının, nəqliyyat dəhlizlərinin və digər beynəlxalq layihələrin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş birgə tədbirlərin planlaşdırılması nəzərdə tutulur.Konfransın yekununda təlim üzrə tapşırıqlar tam razılaşdırılıb və hazırlıq mərhələsinin başa çatdığı bildirilib. Görüşün sonunda yekun protokol imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məleykə Abbaszadə keçid balları ilə bağlı xəbərdarlıq edib

Next Article

OpenAI Azərbaycanda vergi uçotuna alınıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

YAP Xəzər rayon təşkilatının 33 illiyi qeyd olundu

Aysel Əlibəyli 21 İyul 2026 · 12:49 1076 baxış Elpress.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin […]

İlham Əliyev Qırğızıstan Prezidentini təbrik edib

Aysel Əlibəyli 31 Avqust 2026 · 11:26 1032 baxış Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova ölkəsinin müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik məktubu göndərib. Elpress.az xəbər verir ki, dövlət başçısı məktubunda Sadır Japarova […]

Knessetdə “erməni soyqırımı” məsələsi gündəlikdən çıxarıldı

Aysel Əlibəyli 19 İyul 2026 · 17:33 1078 baxış “Erməni soyqırımı” ilə bağlı məsələ Knessetin gündəliyindən çıxarıldı Elpress.az xəbər verir ki, İsrail Knessetində qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı məsələnin gündəlikdən çıxarıldığı bildirilir. Məlumata görə, […]