--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycandan keçən yükdə 80 kiloqrama yaxın marixuana aşkarlanıb

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 15:58 1112 baxış

İrandan Rusiyaya aparılan yük maşınında 79,74 kiloqram narkotik vasitə aşkarlanıb

Elpress.az xəbər verir ki, İrandan Rusiyaya Azərbaycan ərazisindən tranzit keçirilən yük nəqliyyat vasitəsində külli miqdarda narkotik vasitə aşkarlanıb.Astara Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində narkotik vasitənin ölkə ərazisindən tranzit keçirilməsinin qarşısı alınıb.Astara gömrük postunda İrandan Rusiyaya “kahı” və “kərəviz” yükü aparan yük maşını saxlanılaraq yoxlamaya cəlb edilib. Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilib və kinoloji xidmət itinin köməyi ilə yoxlanılıb. Yükün içərisində gizlədilmiş bağlamaların olduğu müəyyənləşdirilib.Ətraflı yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 230 ədəd “kərəviz” formalı qablaşdırmada ümumi xalis çəkisi 79 kiloqram 740 qram olan marixuana aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukrayna ordusu Rusiyanın 60 milyon dollarlıq radiolokasiya stansiyasını vurub

Next Article

Kreml ABŞ-ın yeni sanksiyalarına münasibət bildirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Doğma Cəbrayıla Qayıdış Böyük Xoşbəxtlikdir”

Elşən 25 May 2026 · 08:36 1198 baxış Cəbrayıl rayonundan məcburi köçkün düşəndə cəmi 17 yaşı var idi. İllərlə doğma yurd həsrəti ilə yaşayan Ruhiyə Yadigarova bu gün, artıq 50 yaşına çatdığı bir vaxtda, böyük […]