--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

TikTok-da saxta elanlar yerləşdirən şəxs saxlanılıb

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 15:41 1132 baxış

Quzu satışı adı ilə vətəndaşlardan beh alan 32 yaşlı Orxan Həsənov tutulub

Elpress.az xəbər verir ki, Sosial şəbəkədə xırdabuynuzlu heyvanların satışı ilə bağlı saxta elanlar yerləşdirərək vətəndaşları aldadan şəxs saxlanılıb.Sumqayıt Şəhər Polis İdarəsinə müxtəlif şəxslər tərəfindən dələduzluqla bağlı şikayətlər daxil olub. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət əməlində şübhəli bilinən 32 yaşlı Orxan Həsənov müəyyən edilərək saxlanılıb.Araşdırma zamanı məlum olub ki, O.Həsənov “TikTok” sosial şəbəkəsində quzu satışı ilə bağlı elanlar paylaşıb. Elanlarla maraqlanan şəxslərdən müxtəlif məbləğlərdə beh alan şəxs daha sonra onlarla əlaqəni kəsib.Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məsud Pezeşkian sabah ABŞ-a gedəcək

Next Article

Özbəkistan hərbçiləri “Birliyin Gücü – 2026” təliminə qatılmaq üçün Azərbaycana gəlib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Arayik Harutyunyan və digərlərinin cəzası dəyişdirilmədi

Aysel Əlibəyli 06 Avqust 2026 · 16:41 1094 baxış Məhkəmə qərarı quvvədə saxladı: Arayik Harutyunyan və digər separatçıların apellyasiya şikayəti təmin edilmədi Elpress.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmü […]