--:--:-- | 25 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Ermənistanın qaz taleyi Rusiyadan asılı qalacaq!

Aysel Əlibəyli 31 May 2026 · 18:42 56 baxış

Rusiya Baş nazirinin müavini Alexey Overchuk bildirib ki, Ermənistanın enerji təminatı gələcəkdə də yalnız Rusiya qazına bağlı olacaq və ölkənin başqa alternativ mənbələrdən qaz əldə etməsi real görünmür. Onun sözlərinə görə, mövcud şərait və bölgədəki enerji marşrutları nəzərə alındıqda Ermənistanın qaz tədarükündə Rusiyadan kənar ciddi seçim imkanları yoxdur.

Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Rusiya Baş nazirinin müavini Alexey Overchuk Ermənistanın enerji təhlükəsizliyi və qaz təchizatı ilə bağlı diqqətçəkən açıqlama verib. O bildirib ki, mövcud bazar reallıqları fonunda Ermənistanın Rusiyadan başqa heç bir qaz mənbəyinə ciddi şəkildə çıxış imkanı olmayacaq.“Biz bazarın vəziyyətini çox yaxşı bilirik. Orada heç vaxt Rusiyadan başqa qaz olmayacaq. Yeganə sual Ermənistanın Rusiya qazını haradan alacağı və hansı vasitəçilər üzərindən ödəniş edəcəyi ilə bağlıdır. Buna görə də Ermənistandakı vəziyyət olduqca çətin olacaq, amma biz bunu istəmirik,” – deyə Overçuk vurğulayıb.Eyni zamanda Moskva tərəfindən İrəvana daha əvvəl də xəbərdarlıq edilib ki, əgər Ermənistan Avropa İttifaqına üzvlük istiqamətində prosesini davam etdirərsə, Rusiya qaz, neft və digər enerji resurslarının tədarükü üzrə mövcud müqavilələri dayandırmaq və ya tamamilə ləğv etmək ehtimalını nəzərdən keçirə bilər. Bu isə regionun enerji balansında ciddi dəyişikliklər yarada biləcək həssas bir siyasi mesaj kimi qiymətləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Brad Pitt övladlarından ağır zərbə ilə üzləşdi.

Next Article

ABŞ-nin Türkiyədəki səfiri bundan sonra Trampın Suriya və İraq üzrə xüsusi elçisi vəzifəsini də icra edəcək.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Rusiya ilə münasibətləri pozmaq niyyətində deyilik”

Aysel Əlibəyli 14 May 2026 · 15:59 49 baxış Erənistanın Rusiya ilə qarşıdurmaya getmək niyyəti yoxdur. Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, Ermənistan kiçik dövlət olduğu üçün Rusiya ilə mübahisəyə girmək […]

Hörmüz boğazında gərginlik davam edir — İran açıqladı

Aysel Əlibəyli 27 May 2026 · 12:58 56 baxış İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri bildirib ki, Tehran və Vaşinqton Hörmüz boğazının gəmi keçidinə açılması məsələsində hələ də ortaq mövqeyə gələ bilməyib. […]

Əsədov Moskva ilə əlaqəni möhkəmləndirdi

Aysel Əlibəyli 26 May 2026 · 19:11 100 baxış Azərbaycan Baş naziri Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefon söhbəti keçirib. Elpress.az Nazirlər Kabinetinə istinadən verdiyi xəbərə görə, iki ölkənin hökumət başçıları Azərbaycan-Rusiya əməkdaşlığının […]