--:--:-- | 13 İyun 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Ermənistanda “1 mart işi” ilə bağlı 4 ordu korpusunun sabiq komandirlərinə qarşı cinayət təqibinə başlanılıb.

Aysel Əlibəyli 01 İyun 2026 · 14:54 34 baxış

Ermənistanda 1 mart hadisələri ilə əlaqədar ordunun 4 keçmiş korpus komandirinə qarşı cinayət təqibi başlanılıb.

Elpress.az-ın məlumatına görə, keçmiş komandirlər – Poqos Poqosyan, Valeri Qriqoryan, Aykaz Baqmanyan və Levon Yeranosyan vəzifə səlahiyyətlərini aşmaq və bununla ağır nəticələrə yol açmaqda ittiham olunurlar.İstintaqın iddiasına əsasən, onlar qanunsuz əmrləri icra edərək keçmiş müdafiə naziri Mikael Arutyunyan və “1 mart işi” üzrə ittiham olunan digər yüksək vəzifəli şəxslərə, o cümlədən sabiq prezident Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan və Yuri Xaçaturova səlahiyyət həddini aşmaqda köməklik göstəriblər.Baş Prokurorluğun bildirdiyinə görə, həmin şəxslərin fəaliyyəti 2008-ci il 1 mart hadisələri zamanı baş vermiş qanunsuz hərəkətlərlə əlaqədardır.Qeyd edək ki, “1 mart işi” Ermənistanda 2008-ci il prezident seçkilərindən sonra keçirilən kütləvi etirazların dağıdılması və nəticədə insan tələfatı ilə bağlı açılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

MTN-nin generalı dünyasını dəyişib.

Next Article

Rəna Abdullayevanın yaradıcılığında dil problemləri mövzusunda elmi seminar

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qriqoryan: Azərbaycan-Ermənistan sülhü qarşılıqlı etimada əsaslanır

Elşən 23 Aprel 2026 · 18:22 33 baxış Armen Qriqoryan bildirib ki, Azərbaycan ilə Ermənistan arasında əldə edilən sülh razılaşması qarşılıqlı etimad prinsiplərinə əsaslanır. O, Delfi İqtisadi Forumu çərçivəsində çıxış edərək regionda sabitliyin qorunmasının vacibliyini […]

Əraqçi: Bu məqsədlərə hərbi yolla nail olmaq mümkün deyil

Aysel Əlibəyli 03 İyun 2026 · 21:31 94 baxış İranın xarici işlər naziri ABŞ-nin regiondakı fəaliyyəti və son hadisələrlə bağlı Tehranın mövqeyini açıqlayıb. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Seyid Abbas Əraqçi ABŞ dövlət katibi […]

Ramiz Mehdiyevin ev həbsi ilə bağlı iddialara aydınlıq gətirildi

Aysel Əlibəyli 10 İyun 2026 · 18:25 22 baxış Dövlətçilik əleyhinə ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində seçilmiş qətimkan tədbirinin müddəti artırılıb. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi […]