--:--:-- | 09 Avqust 2026, Bazar
Son Xəbər
Yüklənir...

Əli Əsədov Gürcüstanın baş prokuroru ilə görüşüb

Aysel Əlibəyli 30 İyul 2026 · 16:47 1032 baxış

Azərbaycan və Gürcüstan prokurorluqları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Elpress.az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 30-da Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze ilə görüş keçirib.Görüş zamanı iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib. Azərbaycan-Gürcüstan əlaqələrinin qarşılıqlı etimad və mehriban qonşuluq prinsipləri əsasında uğurla davam etdiyi vurğulanıb.Tərəflər, həmçinin prokurorluq qurumları arasında əməkdaşlığın gücləndirilməsi məsələlərinə toxunublar. Transsərhəd və kibercinayətkarlığa qarşı mübarizədə birgə fəaliyyətin artırılmasının, eləcə də təcrübə və məlumat mübadiləsinin davam etdirilməsinin vacibliyi qeyd olunub.Görüşdə iki ölkənin prokurorluq orqanları arasında gələcək əməkdaşlıq istiqamətləri də müzakirə edilib. Tədbirdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev də iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sığorta sektorunun inkişafı müzakirə edilib

Next Article

Abşeron çimərliklərində sabah hava necə olacaq?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nurəddin Qərəvi: Qürbətdə bir vətən nəğməsi

Elşən 07 İyun 2026 · 14:46 1185 baxış İran–ABŞ–İsrail qarşıdurması: savaş, yoxsa ssenari?İran, ABŞ və İsrail arasında yaşanan qarşıdurmanın sona yaxınlaşdığı bir dövrdə bir sual məni ciddi şəkildə düşündürür: həqiqətənmi bu hadisələr bir müharibədir, yoxsa […]

ATƏT sədrindən sülh və təhlükəsizlik mesajı

Aysel Əlibəyli 04 Avqust 2026 · 14:08 1018 baxış İqnatsio Kassis: Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropanın təhlükəsizliyi üçün ən böyük çağırışdır Elpress.az xəbər verir ki, İsveçrənin xarici işlər naziri vә ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio […]