--:--:-- | 27 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Səfərbərlik Xidmətində üç ildə 500-dən çox əməkdaş cəzalandırılıb

Aysel Əlibəyli 27 İyun 2026 · 16:33 1158 baxış

Elpress.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov son üç ildə qurumun 500-dən artıq əməkdaşının intizam məsuliyyətinə cəlb olunduğunu açıqlayıb.

Onun sözlərinə görə, həmin dövrdə 100-dən çox fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına təqdim edilib.Mürsəl İbrahimov bildirib ki, xidmətdə şəffaflığın artırılması, korrupsiya risklərinin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində sistemli tədbirlər davam etdirilir.

Xidmət rəisi qeyd edib ki, açıqlanan statistika onu sevindirmir və korrupsiya hallarının qarşısının alınmasında cəmiyyətin də üzərinə məsuliyyət düşür.“Vətəndaşlarımızı və media nümayəndələrini Xidmətlə bağlı məlumatları obyektiv şəkildə təqdim etməyə çağırıram. Əmin edirəm ki, quruma daxil olan hər bir müraciət və məlumat diqqətlə araşdırılır və nəticəsinə uyğun müvafiq qərarlar qəbul olunur”, – deyə Mürsəl İbrahimov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukrayna Volqoqradda “İsgəndər” raketləri istehsal edən müəssisəni hədəfə aldı

Next Article

Xalq şairi Nəriman Həsənzadənin səhhəti ilə bağlı son durum açıqlandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yardımlı rayonunun icra başçısı vəzifəsindən azad edildi

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 16:27 1054 baxış Elpress.az xəbər verir ki, Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, […]