Xarici işlər naziri: Azərbaycanla Ermənistan arasında normallaşma prosesində yeni irəliləyişlər və ticarətin genişlənməsi gözlənilir
Elpress.az xəbər verir ki, Xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin federal xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis ilə keçirilən birgə mətbuat konfransında Azərbaycan-Ermənistan normallaşma prosesi üzrə mühüm məqamlara toxunub. Nazir bildirib ki, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində hazırlıq mərhələsi bitdikdən sonra Ermənistanda tikinti işlərinə başlanılması gözlənilir. Azərbaycanın öz üzərinə düşən öhdəlikləri böyük ölçüdə tamamladığını vurğulayan Ceyhun Bayramov, ölkəmizin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının bərpasının bütün region üçün geniş iqtisadi imkanlar yaradacağını diqqətə çatdırıb.Nazir həmçinin Vaşinqton sülh sammitində sənədə daxil edilən TRİPP layihəsinin irəliləyişlərə təkan verəcəyini, artıq Azərbaycandan Ermənistana neft məhsullarının daşındığını və növbəti mərhələdə tərəflər arasında ticarət əlaqələrinin daha da genişlənə biləcəyini qeyd edib.


