--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Bolqarıstan Müdafiə Nazirliyinin nümayəndələri Azərbaycanda olub

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:34 1060 baxış

Azərbaycan və Bolqarıstan hərbi qulluqçuların sosial və mədəni təminatını müzakirə edib

Elpress.az xəbər verir ki, Bolqarıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.Səfər Azərbaycan və Bolqarıstan müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində təşkil olunub. Proqram əsasında hərbi qulluqçuların mədəni və sosial məsələləri, eləcə də istirahət, məzuniyyət və tətil imkanlarından qarşılıqlı və səmərəli istifadə ilə bağlı işçi görüş keçirilib.Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində baş tutan görüş zamanı hərbi qulluqçuların asudə vaxtının səmərəli təşkili istiqamətində görülən işlər barədə məlumat verilib. Tərəflər həmçinin mövcud əməkdaşlığın genişləndirilməsi və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparıblar.Görüşün sonunda nümayəndə heyətləri arasında hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azad edilmiş ərazilərdə yeni xəstəxanalar layihələndirilir

Next Article

Həkimdən kosmetik vasitələrlə bağlı xəbərdarlıq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Qarabağın bərpası ilə bağlı mesaj verib

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 21:37 1070 baxış Azərbaycanın işğaldan azad edilmiş ərazilərində şəhər və kəndlərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışı davam edir. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev […]

Azərbaycan enerji xəritəsində strateji güc kimi önə çıxır

Aysel Əlibəyli 11 İyun 2026 · 17:34 1182 baxış Azərbaycanın son üç onillikdə keçdiyi inkişaf yolu ölkənin regional gücdən qlobal əhəmiyyət daşıyan strateji tərəfdaşa çevrildiyini göstərir. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri siyasi […]