--:--:-- | 24 Sentyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan və Türkmənistan arasında konsulluq görüşü keçirilib

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 17:03 1042 baxış

İki ölkə vətəndaşlarının hüquqlarının qorunması və viza rejiminin sadələşdirilməsi müzakirə olunub

Elpress.az xəbər verir ki, Sentyabrın 2-də Aşqabad şəhərində Azərbaycan və Türkmənistan xarici işlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.Görüşdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Türkmənistan nümayəndə heyətinə isə Konsulluq xidmətləri idarəsinin rəhbəri Dövlətirat Muratov rəhbərlik edib.Məsləhətləşmələrdə Türkmənistanın Daxili İşlər Nazirliyi, Miqrasiya xidməti və Baş Prokurorluğunun nümayəndələri, həmçinin Azərbaycanın Daxili İşlər Nazirliyinin rəsmisi və ölkəmizin Türkmənistandakı səfirliyinin əməkdaşları iştirak ediblər.Danışıqlar zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb.Tərəflər Azərbaycan və Türkmənistan vətəndaşlarının hüquq və maraqlarının qorunması məsələlərini nəzərdən keçirib, tətbiq olunan viza rejimlərinin sadələşdirilməsi imkanlarını müzakirə ediblər.Görüşdə həmçinin daxili işlər, vətəndaşlıq, miqrasiya, ədliyyə, təhsil və digər mühüm sahələrdə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.Məsləhətləşmələrin yekununda nümayəndə heyətlərinin rəhbərləri görüşün protokolunu imzalayıblar. Növbəti konsulluq məsləhətləşmələrinin gələn il Bakıda keçirilməsi barədə razılıq əldə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hacıqabulda çoban odlu silahdan açılan atəş nəticəsində ölüb

Next Article

“Real”ın müdafiəçisi sərxoş halda avtomobil idarə edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zakir Həsənov yeni ali hərbi rütbə alan zabitlərlə görüşdü

Aysel Əlibəyli 26 İyun 2026 · 17:58 1122 baxış Elpress.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 26-da Prezidentin sərəncamı ilə ali hərbi rütbə verilən hərbi qulluqçularla görüş keçirib. Tədbirdə Azərbaycan Prezidenti, Silahlı […]

Niderlanddakı səfır geri çağırılaraq Belçikaya təyin olundu

Aysel Əlibəyli 10 Avqust 2026 · 18:31 1074 baxış Prezident İlham Əliyevin sərəncamları ilə diplomatiyada rotasiya: Məmməd Əhmədzadə Belçikaya səfir təyin edilib Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Məmməd Bahəddin oğlu […]

Qvineyada “ASAN xidmət” əməkdaşlığı genişlənir

Aysel Əlibəyli 21 İyul 2026 · 15:24 1092 baxış Qvineyada “ASAN xidmət” modelinin tətbiqi istiqamətində yeni addımlar atılıb Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti […]