--:--:-- | 24 Sentyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

İlham Əliyev və Sərdar Berdiməhəmmədov arasında geniş tərkibdə görüş keçirilib

Aysel Əlibəyli 22 İyun 2026 · 15:14 1152 baxış

İyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında geniş tərkibdə görüş baş tutub.

Görüş zamanı Azərbaycan lideri Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfərinin ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.Tərəflər iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərini, o cümlədən iqtisadiyyat, enerji, nəqliyyat, humanitar əlaqələr və qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər. Prezident İlham Əliyev qarşıdakı dövrdə imzalanacaq sənədlərin münasibətlərin geniş gündəliyinin göstəricisi olduğunu vurğulayıb.Azərbaycan Prezidenti həmçinin Türkmənistanın Füzuli şəhərində məscid hədiyyə etməsi ilə bağlı təşəbbüsə görə təşəkkür edib və bunu xalqlar arasında səmimi qardaşlıq münasibətlərinin nümunəsi kimi qiymətləndirib.Görüşdə mədəni əlaqələrin inkişafı, xalqların ortaq tarixi və humanitar əməkdaşlığın əhəmiyyəti də qeyd olunub. Liderlər nəqliyyat və enerji təhlükəsizliyi sahələrində Azərbaycan-Türkmənistan əməkdaşlığının regional və qlobal əhəmiyyət daşıdığını bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda zoomağaza açmaq gəlirli biznes ola bilərmi?

Next Article

Mərdəkanda dənizdə 4 nəfər batıb, axtarışlar davam edir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Pezeşkianı Bişkekdə “İstisu”ya qonaq edib

Aysel Əlibəyli 31 Avqust 2026 · 21:14 1054 baxış Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə İran Prezidenti Məsud Pezeşkianla görüşüb. Elpress.az xəbər verir ki, görüş zamanı dövlət başçıları səmimi söhbət aparıblar. Görüşdən görüntülər yayılıb. […]

Məlum olub ki, yeni direktor icra başçısının qardaşıdır.

Aysel Əlibəyli 26 May 2026 · 20:06 1128 baxış Daha əvvəl məlumat verdiyimiz kimi, TƏBİB-in icraçı direktoru Anar Bayramov tərəfindən imzalanan əmrə əsasən, Sabunçu Tibb Mərkəzi-nin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyin olunub. Elpress.az-ın […]

Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib

Aysel Əlibəyli 06 Avqust 2026 · 16:52 1050 baxış Prezident İlham Əliyevdən sərəncam: Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeninə layiq görüldü Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Bəxtiyar Əli oğlu Aslanbəyli “Şöhrət” ordeni […]