Tehran–Düşənbə reysi geri qayıtmalı olub
Elpress.az xəbər verir ki, Türkmənistan İran aviaşirkətlərinin öz hava məkanından istifadə etməsinə icazə verməyib.Məhdudiyyət səbəbindən Tehrandan Düşənbəyə uçan İran aviaşirkətinə məxsus təyyarə marşrutunu davam etdirə bilməyib.Nəticədə Tehran–Düşənbə reysi Tacikistana çata bilməyərək geri dönüb və Tehrandakı İmam Xomeyni Beynəlxalq Hava Limanına eniş edib.İranın Mülki Aviasiya Təşkilatından bildirilib ki, hadisəyə səbəb Türkmənistanın hava məkanından keçid üçün icazə verməməsi olub.


