Əməliyyatlar zamanı 132 kiloqram narkotik və 6080 ədəd həb aşkarlanıb
Elpress.az xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib.Bakı şəhəri, Abşeron, Hacıqabul, Cəlilabad və Füzuli rayonlarında həyata keçirilən tədbirlər nəticəsində əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş V.Ağayev, H.Məmmədov, Z.Əliyev, Ə.Həsənov, A.Zeynalov və E.Bağırov saxlanılıb.Saxlanılan şəxslərdən ümumilikdə 132 kiloqram narkotik vasitə və 6080 ədəd narkotik tərkibli həb götürülüb.Araşdırmalar zamanı onların xaricdə yaşayan narkotik alverçilərinin tapşırıqları əsasında ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyənləşdirilib.Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


