--:--:-- | 26 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

“Kızılcık Şerbeti”nin aktyorundan etiraf: “20 ildir psixiatrik müalicə alıram”

Aysel Əlibəyli 09 İyul 2026 · 11:53 1034 baxış

“Kızılcık Şerbeti” serialında rol alan tanınmış aktyor Ahmet Mümtaz Taylan psixoloji sağlamlığı ilə bağlı səmimi açıqlaması ilə gündəmə gəlib.

Elpress.az xəbər verir ki, aktyor Ceren Benderlioğlunun təqdim etdiyi “Dile Kolay” proqramında artıq 20 ildir psixiatr nəzarətində müalicə aldığını bildirib.

Ahmet Mümtaz Taylan deyib ki, həyatının müəyyən mərhələlərində depressiya ilə təkbaşına mübarizə aparmağa çalışsa da, bunun çıxış yolu olmadığını sonradan anlayıb. Onun sözlərinə görə, peşəkar psixoloji dəstək almaq həyatında mühüm dönüş nöqtəsi olub.

Aktyor psixoloji problemlərlə üzləşən insanlara da çağırış edərək, belə vəziyyətlərdə utanmadan mütəxəssisə müraciət etməyin vacibliyini vurğulayıb.

Taylanın səmimi etirafı sosial şəbəkələrdə geniş rezonans doğurub. İzləyicilər onun açıqlamasını cəsarətli addım kimi qiymətləndirərək dəstək mesajları paylaşıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Metro bağlanandan sonra nə baş verir? – Sərnişinlərin görmədiyi proseslər

Next Article

“Qarabağ” daha bir futbolçusu ilə yollarını ayırır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türkiyədə tanınmış müğənni İlyas Yalçıntaş həbs edildi

Aysel Əlibəyli 17 İyul 2026 · 20:25 1020 baxış Türkiyədə narkotik vasitələrlə mübarizə çərçivəsində aparılan istintaq zamanı tanınmış müğənni İlyas Yalçıntaş barəsində həbs qərarı çıxarılıb. Elpress.az xəbər verir ki, Bakırköy Baş Prokurorluğunun apardığı araşdırma zamanı […]

Bekhem ailəsindən Atalar Gününə özəl paylaşım

Aysel Əlibəyli 21 İyun 2026 · 19:58 1062 baxış Devid və Viktoriya Bekhem ailə fotoları ilə Atalar Gününü qeyd edib. Tanınmış sabiq futbolçu Devid Bekhem və həyat yoldaşı Viktoriya Bekhem Atalar Günü münasibətilə ailə fotolarını […]

Brad Pitt övladlarından ağır zərbə ilə üzləşdi.

Aysel Əlibəyli 31 May 2026 · 18:38 1088 baxış Hollivudun əfsanəvi cütlüklərindən olan Brad Pitt və Angelina Jolie arasında övladlarının qəyyumluğu uğrunda gedən 10 illik məhkəmə mübarizəsi sona çatmaq üzrədir. elpress.az-ın məlumatına əsasən, İyulun 12-də […]

Flora Kərimovanın səhhəti ilə bağlı son məlumat

Aysel Əlibəyli 18 İyun 2026 · 14:01 1110 baxış Səhhətində yaranan problem səbəbindən tibb müəssisəsinə yerləşdirilən Xalq Artisti Flora Kərimovanın vəziyyəti stabildir. Elpress.az xəbər verir ki, sənətkarın köməkçisi Yaqub İmanovun Lent.az-a verdiyi məlumata görə, müalicə […]