--:--:-- | 02 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

27 illik həyat yoldaşından duyğusal vida: Kadir İnanır dəfn edildi

Aysel Əlibəyli 28 İyun 2026 · 18:02 1124 baxış

Elpress.az xəbər verir ki, Türk kinosunun unudulmaz simalarından olan Kadir İnanır təşkil olunan vida mərasimi ilə son mənzilə yola salınıb.

Mərasimdə sənət, siyasət və ictimaiyyət nümayəndələri, eləcə də aktyorun yaxınları iştirak ediblər. İştirakçılar Türk kinosuna uzun illər ərzində dəyərli töhfələr vermiş sənətkarla vidalaşaraq onun xatirəsini ehtiramla anıblar.

Vida mərasimində çıxış edən aktyorun 27 illik həyat yoldaşı Jülide Kural duyğusal anlar yaşayıb. O, Kadir İnanırın yalnız böyük sənətkar deyil, həm də dəyərli insan, sadiq dost və həyat yoldaşı olduğunu bildirib.

Jülide Kural çıxışında uzun illər birlikdə yaşadıqları xatirələrdən danışaraq, məşhur aktyorun yoxluğunun onun üçün böyük itki olduğunu vurğulayıb.

Qeyd edək ki, Kadir İnanır Türk kinosunun ən tanınmış və sevilən aktyorlarından biri kimi yüzlərlə ekran əsərində yaddaqalan obrazlar yaradıb və uzun illər Türkiyə mədəniyyətinin simvol isimlərindən biri hesab olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bir ailənin üzvləri qəzaya düşdü: Lerikdə maşın dərəyə yuvarlandı

Next Article

Azərbaycan XİN-dən Səudiyyə Ərəbistanına hüzn mesajı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışıb

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 14:57 1078 baxış Xalq artisti “Nəyindən narahatsan” mahnısının sözlərini bəyəndiyini və duetə marağın bu qədər böyük olacağını gözləmədiyini deyib Elpress.az xəbər verir ki, Xalq artisti Alim Qasımov müğənni Üzeyir […]

Türkiyədə tanınmış müğənni İlyas Yalçıntaş həbs edildi

Aysel Əlibəyli 17 İyul 2026 · 20:25 1070 baxış Türkiyədə narkotik vasitələrlə mübarizə çərçivəsində aparılan istintaq zamanı tanınmış müğənni İlyas Yalçıntaş barəsində həbs qərarı çıxarılıb. Elpress.az xəbər verir ki, Bakırköy Baş Prokurorluğunun apardığı araşdırma zamanı […]