--:--:-- | 30 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

72 yaşlı aktyorun gənc görünüşü diqqət çəkdi.

Aysel Əlibəyli 17 May 2026 · 13:18 1184 baxış

72 yaşlı aktyorun illərə meydan oxuyan gənc görünüşü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Elpress.az-ın qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, John Travolta Fransada keçirilən Cannes Film Festival çərçivəsində həm yeni imici, həm də aldığı xüsusi mükafatla diqqət mərkəzinə düşüb.72 yaşlı Hollivud ulduzu festivalın qırmızı xalçasına qızı Ella Bleu Travolta ilə birlikdə çıxaraq gənc görünüşü və yenilənmiş tərzi ilə iştirakçıların marağına səbəb olub. Gecənin ən yaddaqalan anı isə Travoltanın rejissor kimi ərsəyə gətirdiyi ilk ekran işi olan “Propeller One-Way Night Coach” filminin premyerasında yaşanıb. Belə ki, səhnəyə dəvət olunan aktyora sürpriz şəkildə fəxri “Qızıl Palma Budağı” mükafatı təqdim edilib.Qeyd edək ki, “Pulp Fiction”, “Grease” və “Saturday Night Fever” kimi məşhur filmlərlə tanınan aktyorun yeni layihəsi aviasiyanın “qızıl dövrü”nə həsr olunub. Ailəvi macəra janrında çəkilən ekran işi Travoltanın 1997-ci ildə qələmə aldığı uşaq kitabı əsasında hazırlanıb. Layihədə aktyor həm ssenari müəllifi, həm rejissor, həm prodüser, həm də aktyor kimi yer alıb. Filmdə onun qızı Ella Blö Travolta da rol alıb. Ekran işinin ayın sonunda tv.apple.com platformasında yayımlanacağı bildirilib.Xatırladaq ki, builki fəxri “Qızıl Palma Budağı” mükafatının Peter Jackson və Barbra Streisand kimi tanınmış simalara da təqdim olunacağı qeyd edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabirabadda baş verən zəncirvari qəzada 3 nəfər həyatını itirib, yaralananlar da var.

Next Article

Akademik Rasim Əliquliyev bildirib ki, kommunikasiya kanalları rəqəmsal dayanıqlığın əsasını təşkil edir.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tanınmış media nümayəndəsindən xoş xəbər

Aysel Əlibəyli 03 İyun 2026 · 18:08 1154 baxış Tanınmış telejurnalist Yelena Eyvazlı ailəsində sevindirici hadisə yaşanıb. Elpress.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O, yeni doğulan övladı ilə bağlı paylaşımında […]

Navai Qazaxıstanda 5 ilədək həbs cəzası ilə üzləşə bilər

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 21:57 1078 baxış Azərbaycanlı reper Navai (Nəvai Bəkirov) Qazaxıstanda saxlanıldıqdan sonra dindirilmə zamanı narkotik vasitələri Bişkek şəhərində əldə etdiyini bildirib. Elpress.az xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı […]

Keçmiş aktrisadan peşmanlıq etirafı

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:17 1098 baxış 28 yaşlı Lana Rouz övladının gələcəyi üçün şəxsi videolarını internetdən sildirməyə çalışır Elpress.az xəbər verir ki, Keçmiş böyüklər üçün film aktrisası, 28 yaşlı Lana Rouz gənclik […]