--:--:-- | 25 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

72 yaşlı aktyorun gənc görünüşü diqqət çəkdi.

Aysel Əlibəyli 17 May 2026 · 13:18 52 baxış

72 yaşlı aktyorun illərə meydan oxuyan gənc görünüşü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Elpress.az-ın qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, John Travolta Fransada keçirilən Cannes Film Festival çərçivəsində həm yeni imici, həm də aldığı xüsusi mükafatla diqqət mərkəzinə düşüb.72 yaşlı Hollivud ulduzu festivalın qırmızı xalçasına qızı Ella Bleu Travolta ilə birlikdə çıxaraq gənc görünüşü və yenilənmiş tərzi ilə iştirakçıların marağına səbəb olub. Gecənin ən yaddaqalan anı isə Travoltanın rejissor kimi ərsəyə gətirdiyi ilk ekran işi olan “Propeller One-Way Night Coach” filminin premyerasında yaşanıb. Belə ki, səhnəyə dəvət olunan aktyora sürpriz şəkildə fəxri “Qızıl Palma Budağı” mükafatı təqdim edilib.Qeyd edək ki, “Pulp Fiction”, “Grease” və “Saturday Night Fever” kimi məşhur filmlərlə tanınan aktyorun yeni layihəsi aviasiyanın “qızıl dövrü”nə həsr olunub. Ailəvi macəra janrında çəkilən ekran işi Travoltanın 1997-ci ildə qələmə aldığı uşaq kitabı əsasında hazırlanıb. Layihədə aktyor həm ssenari müəllifi, həm rejissor, həm prodüser, həm də aktyor kimi yer alıb. Filmdə onun qızı Ella Blö Travolta da rol alıb. Ekran işinin ayın sonunda tv.apple.com platformasında yayımlanacağı bildirilib.Xatırladaq ki, builki fəxri “Qızıl Palma Budağı” mükafatının Peter Jackson və Barbra Streisand kimi tanınmış simalara da təqdim olunacağı qeyd edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabirabadda baş verən zəncirvari qəzada 3 nəfər həyatını itirib, yaralananlar da var.

Next Article

Akademik Rasim Əliquliyev bildirib ki, kommunikasiya kanalları rəqəmsal dayanıqlığın əsasını təşkil edir.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dua Lipa toy fotolarını paylaşdı

Aysel Əlibəyli 20 İyun 2026 · 20:08 22 baxış Dünyaşöhrətli müğənni Dua Lipa aktyor Callum Turnerlə baş tutan dəbdəbəli toyundan fotolarını paylaşıb. Dünyaşöhrətli müğənni və aktrisa Dua Lipa aktyor Callum Turnerlə baş tutan toy mərasimindən […]

Rza baba və komandası üçün şok sonluq: “Şəhid oldular”

Aysel Əlibəyli 06 İyun 2026 · 11:10 46 baxış Türkiyədə uzun illərdir yayımlanan “Arka Sokaklar” serialının 751-ci bölümü emosional səhnələrlə yadda qalıb. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mövsüm finalında serialın əsas qəhrəmanları olan polis […]

Məşhur aktrisanın qalmaqallı yazışmaları üzə çıxdı

Aysel Əlibəyli 17 İyun 2026 · 05:59 30 baxış Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində saxlanılan tanınmış aktrisa Melisa Döngel ilə bağlı yeni iddialar gündəmə gəlib. Elpress.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, istintaq […]