Sumqayıtda minik avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində yol kənarındakı işıq dirəyi aşıb, iki nəfərin xəsarət aldığı bildirilir.
Elpress.az xəbər verir ki, hadisə “Mercedes” markalı avtomobillə “Hyundai” markalı mikroavtobusun iştirakı ilə baş verib.
Toqquşmanın gücündən işıq dirəyi qırılaraq aşıb, “Mercedes”in ön hissəsi isə ciddi zədələnib.
Şahidlərin sözlərinə görə, qəza zamanı iki nəfər xəsarət alıb. Onların vəziyyəti barədə əlavə məlumat verilməyib.


