Deputat Ceyhun Məmmədov məktəblərdə geyim və davranış qaydalarının həm şagirdlər, həm də müəllimlər üçün əhəmiyyətini vurğulayıb.
Elpress.az xəbər verir ki, millət vəkili bu barədə Axar.az-a açıqlamasında danışıb.
Onun sözlərinə görə, Azərbaycanda təhsil dünyəvi prinsiplər əsasında qurulub və məktəblərdə tətbiq edilən qərarların məqsədi səliqəli geyim tərzini təmin etmək, eləcə də təhsil müəssisəsinə mənsubluq hissini qorumaqdır.
Ceyhun Məmmədov qeyd edib ki, məktəb yalnız bilik verən deyil, eyni zamanda tərbiyə funksiyası da daşıyan müəssisədir. Buna görə də müəllimlər öz davranışları və fəaliyyəti ilə şagirdlərə nümunə olmalıdırlar.


