“Rybar” layihəsinin təsisçisi Mixail Zvinçuk Monteneqrodan deportasiya edildikdən sonra həyat yoldaşı ilə birlikdə Rusiyaya dönüb.
Elpress.az xəbər verir ki, onun hava limanında çəkilmiş görüntülərini “Zvezda” telekanalı yayımlayıb.
Xatırladaq ki, Monteneqronun hüquq-mühafizə orqanları oktyabrın 9-da Böyük Britaniyanın sanksiyalar siyahısında olan Zvinçuku və bir neçə həmkarını saxlayıb. Yerli media ölkənin xüsusi xidmət orqanlarının “Rybar” komandasının Monteneqroya gəldiyini öyrəndikdən sonra bir neçə gün onların hərəkətlərini izlədiyini yazıb.
Monteneqronun Milli Təhlükəsizlik Agentliyi və Polis İdarəsi Zvinçukla birlikdə olan daha dörd nəfəri ölkənin milli təhlükəsizliyi üçün təhdid hesab edib. Bundan sonra onların ölkədən deportasiya olunduğu bildirilib.


