--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Daşkəsəndə ilk dəfə açıq hava kinoseansı təşkil olundu

Aysel Əlibəyli 03 Avqust 2026 · 11:22 1124 baxış

2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə Daşkəsən rayonunda ilk dəfə açıq hava şəraitində milli kino nümayişi təşkil edilib.

Elpress.az xəbər verir ki, tədbir “AzerGold” QSC və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.Tədbir çərçivəsində Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Neft” tammetrajlı bədii filmi nümayiş etdirilib. Tarixi bioqrafik dram janrında çəkilən ekran əsərinin baş prodüseri Arzu Əliyeva, rejissoru isə Zaur Qasımlıdır.Film Azərbaycanın tanınmış xeyriyyəçisi və sahibkarı Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş dördhissəli layihənin ilk hissəsidir.

Ekran əsərində Tağıyevin neft sənayesindəki fəaliyyəti və ölkənin inkişafına verdiyi töhfələr bədii şəkildə əks olunub.Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzində xüsusi qurulan açıq hava kinoteatrında keçirilən nümayişi 600-dən çox tamaşaçı izləyib.

Qeyd edək ki, “Tağıyev: Neft” filmi Azərbaycanın 98-ci “Oskar” mükafatlarının “Ən yaxşı beynəlxalq tammetrajlı film” nominasiyası üzrə rəsmi namizədi kimi irəli sürülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ağdərədə mina partlayışı: ANAMA əməkdaşları xəsarət aldı

Next Article

“Qarabağ” Pakistanlı gənc futbolçunu heyətinə qatdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mahmut Demiryürek vəfat edib

Aysel Əlibəyli 17 Avqust 2026 · 10:52 1098 baxış RTÜK və TRT-də uzun illər fəaliyyət göstərən jurnalist Ankarada dəfn olunacaq Elpress.az xəbər verir ki, Türkiyənin Radio və Televiziya Ali Şurasında (RTÜK) Üst Kurul mütəxəssisi kimi […]

Nurəddin Mehdixanlının 70 illiyi qeyd olunub

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 20:58 1080 baxış Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyinə həsr olunan mərasim keçirilib. Elpress.az xəbər verir ki, oktyabrın 14-də təşkil edilən “Səhnədə […]