--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Ədəbiyyat Muzeyində Zəfər Gününə həsr olunan elmi sessiya keçirilib

Aysel Əlibəyli 05 Noyabr 2026 · 20:13 1014 baxış

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfərli bayrağımız” mövzusunda elmi sessiya təşkil olunub.

Elpress.az xəbər verir ki, tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “Bütün gələcək zəfərlərə müqəddimə” mövzusunda məruzə ilə çıxış edib.

Akademik çıxışında 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əsaslarından, milli birlik və dövlətçilik ənənələrinin bu uğurdakı rolundan danışıb. O, tarixi Zəfərin təməlinin Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu və dövlətçilik strategiyası ilə qoyulduğunu, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.

Rafael Hüseynov Şuşanın 2020-ci il noyabrın 8-də azad edilməsini Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirib. O, 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinin bütün ərazidə bərpa olunmasının tarixi Qələbəni tamamladığını bildirib.

Məruzədə Azərbaycanın beynəlxalq müstəvidə apardığı mübarizəyə də toxunulub. Akademik 2005-ci ildə Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi 1416 saylı qətnamənin ölkəmizin mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini qeyd edib.

Tədbirdə Zəfər Günü ilə Dövlət Bayrağı Günü arasındakı tarixi və mənəvi bağlılıq da diqqətə çatdırılıb. Bildirilib ki, Şuşada və Xankəndidə üçrəngli bayrağımızın ucaldılması Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin rəmzinə çevrilib.

Akademik çıxışının sonunda milli birliyin və dövlət müstəqilliyinin qorunmasının vacibliyini vurğulayaraq Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” fikrini xatırladıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Avropada 15 sərnişin təyyarəsinə bomba təhlükəsi barədə xəbərdarlıq edilib

Next Article

Radio və televiziya işçilərinə dövlət təltifləri verildi – SİYAHI

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Sea Breeze”də yeni kino məkanı yaradılır

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 19:50 1106 baxış “Sea Breeze” ərazisində kino həvəskarları üçün yeni məkan yaradılacaq. Layihə çərçivəsində müasir nümayiş imkanlarına malik çoxzallı kinoteatrın istifadəyə verilməsi planlaşdırılır. Elpress.az xəbər verir ki, “Sea Breeze” […]

Sami Yusif Qarabağa həsr etdiyi yeni əsərini təqdim edib

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 21:31 1116 baxış Dünya şöhrətli müğənni və bəstəkar Sami Yusif beş illik fasilədən sonra Qarabağa həsr olunan “Qarabağımsan” (“Bülbül diyarı”) layihəsini dinləyicilərə təqdim edib. Elpress.az xəbər verir ki, sənətçi […]

Bakıda “ENQRAM” sərgisi açıldı

Aysel Əlibəyli 29 Oktyabr 2026 · 23:17 1076 baxış XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində ölkənin təsviri sənət tarixini əhatə edən “ENQRAM” sərgisi ziyarətçilərə təqdim olunub. Elpress.az xəbər verir ki, YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə […]