Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə milli bayram münasibətilə təbrik məktubu göndərib.
Elpress.az xəbər verir ki, dövlət başçısı Qazaxıstanın Respublika Günü münasibətilə həmkarını və onun simasında qardaş xalqı təbrik edərək xoş arzularını çatdırıb.
Məktubda Qazaxıstanın son illərdə müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, iqtisadi potensialının güclənməsi və beynəlxalq nüfuzunun artması vurğulanıb.
İlham Əliyev iki ölkə arasında müntəzəm qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin və fəal siyasi dialoqun strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyini qeyd edib. O, Tokayevin Türk Dövlətləri Təşkilatının VII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərini də yüksək qiymətləndirib.
Prezident məktubunun sonunda qazaxıstanlı həmkarına cansağlığı və fəaliyyətində uğurlar, Qazaxıstan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.


