--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycanın ilk qadın idman ustası Züleyxa Hacıyeva vəfat edib

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 08:57 1066 baxış

Elpress.az xəbər verir ki, Azərbaycanın ilk qadın idman ustalarından biri, Əməkdar artist Züleyxa Hacıyeva 103 yaşında dünyasını dəyişib.
Bu barədə Azərbaycan Televiziya Verilişləri QSC-nin sədri Rövşən Məmmədov məlumat yayıb. O, Züleyxa Hacıyevanın uzun illər Azərbaycan radiosuna xidmət etdiyini və özünəməxsus səsi ilə bir neçə nəsil dinləyicinin yaddaşında iz qoyduğunu bildirib.
Qeyd edək ki, Züleyxa Hacıyeva 1941-ci ildə SSRİ idman ustası adına layiq görülüb. 1941-1948-ci illərdə doqquz dəfə Azərbaycan çempionu olub.
O, uzun illər Azərbaycan radiosunda diktor kimi fəaliyyət göstərib. “Səhər gimnastikası”, “Poeziya dəqiqələri”, “Axşamınız xeyir” və digər verilişlərin aparıcısı olub.
Züleyxa Hacıyeva həmçinin Azərbaycan Televiziyasında fəaliyyət göstərib və ölkənin radio-televiziya tarixində özünəməxsus iz qoyub.
Xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 2002-ci ildə Azərbaycan Prezidentinin Fəxri Diplomu ilə təltif edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakının əsas yollarında sıxlıq müşahidə olunur – SİYAHI

Next Article

3 sentyabr – Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan təmsilçisi JIVA “Avroviziya” yarımfinalında səhnə aldı

Elşən 15 May 2026 · 08:59 1197 baxış “Avroviziya-2026” mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyanada davam edir. Elpress.az-ın məlumatına əsasən, müsabiqənin ikinci yarımfinal gecəsində Azərbaycanı JIVA ləqəbi ilə tanınan Cəmilə Həşimova təmsil edib. Sənətçi “Just Go” […]

Yapon yazıçısı Keyqo Hiqaşino vəfat etdi

Aysel Əlibəyli 27 İyul 2026 · 11:58 1082 baxış “Şübhəli X-in Sədaqəti”nin müəllifi Keyqo Hiqaşino 68 yaşında dünyasını dəyişib Elpress.az xəbər verir ki, Yaponiyanın məşhur detektiv yazıçısı Keyqo Hiqaşino 68 yaşında vəfat edib. Məlumata görə, […]

Leyla və Arzu Əliyevalar Madriddə sərgiyə qatılıblar

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:29 1058 baxış Azərbaycanın Birinci vitse-prezidenti və qızı Madriddə keçirilən beynəlxalq sərgidə iştirak ediblər Elpress.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Leyla Əliyeva və qızı Arzu Əliyeva İspaniyanın paytaxtı […]