--:--:-- | 19 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

“We are the Future” gənc istedadları bir səhnədə topladı

Aysel Əlibəyli 07 İyul 2026 · 22:24 26 baxış

Valid Ağayev: “We are the Future” layihəsi festivalın ən böyük qürur mənbəyidir

Elpress.az xəbər verir ki, Bakıda keçirilən “Shahin Novrasli Festival-2026” çərçivəsində gənc musiqiçilərin iştirakı ilə “We are the Future” adlı xüsusi konsert proqramı təqdim olunub. Gecədə istedadlı gənc ifaçılar Türkiyə–Azərbaycan təmsilçisi, dirijor Valid Ağayevin rəhbərliyi ilə kamera orkestrinin müşayiəti altında çıxış edərək tamaşaçılara yaddaqalan musiqi anları yaşadıblar.Konsertdən sonra çıxış edən Valid Ağayev layihənin festival üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, “We are the Future” yalnız bir konsert proqramı deyil, gələcəyin peşəkar musiqiçilərinin yetişməsinə xidmət edən mühüm platformadır.Dirijor bildirib ki, festivalın ən böyük qüruru məhz gənc istedadlara geniş səhnədə öz bacarıqlarını nümayiş etdirmək imkanı yaratmasıdır. O qeyd edib ki, layihədə iştirak edən bəzi musiqiçilər artıq bir neçə ildir festivalın daimi iştirakçılarıdır və onların ildən-ilə inkişafını izləmək böyük məmnunluq doğurur.Valid Ağayev xatırladıb ki, ötən il alətlərindən uzaqlaşacağını düşündüyü bəzi gənclər bu il yüksək peşəkarlıq nümayiş etdirərək onu xoş mənada təəccübləndiriblər. Onun fikrincə, belə dəyişikliklər gənclərin düzgün istiqamətləndirildiyini və layihənin öz məqsədinə çatdığını göstərir.Maestro vurğulayıb ki, gənc ifaçıların beynəlxalq festivallar çərçivəsində böyük səhnəyə çıxması onların gələcək karyerası baxımından mühüm əhəmiyyət daşıyır. O bildirib ki, konsert təcrübəsinin azlığı bir çox istedadlı musiqiçinin potensialını tam nümayiş etdirməsinə mane olur və səhnə həyəcanı onların çıxışına ciddi təsir göstərir.Qeyd edək ki, “Shahin Novrasli Festival-2026” iyulun 2-dən 12-dək Bakıda keçirilir. Festival çərçivəsində on ölkədən olan musiqiçilərin iştirakı ilə müxtəlif janrları əhatə edən konsert proqramları, festival yarmarkası, gündəlik DJ setləri və cem-sessiyalar təşkil olunur. Bu tədbirlər paytaxt sakinləri və şəhərin qonaqlarına zəngin musiqi atmosferi təqdim edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qaqik Tsarukyan barəsində həbs qərarı verildi

Next Article

Həmyerlisini maşınla vuraraq öldürdü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Əsmər Nərimanbəyovanın fərdi sərgisi böyük maraqla qarşılanıb

Aysel Əlibəyli 24 İyun 2026 · 19:14 56 baxış Acarıstan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Batumi İncəsənət Muzeyində Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın yaradıcılığına həsr olunmuş “Rənglər simfoniyası” adlı fərdi sərginin açılışı […]

Praqada 60 ölkəni birləşdirən festival

Aysel Əlibəyli 07 İyun 2026 · 12:55 114 baxış Praqada keçirilən “Food and Culture” festivalı müxtəlif ölkələrin mədəniyyətlərini bir araya toplayıb Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Festival iştirakçıları burada müxtəlif xalqların zəngin mədəniyyəti, adət-ənənələri […]

Əli Hacıdan yeni şeir

Elşən 14 İyul 2026 · 13:50 66 baxış Əli Hacı sosial şəbəkə hesabından yeni şeirini oxucularla bölüşüb. Elpress.az olaraq şeiri təqdim edirik: Bəxtimi silkələdim,Üstümə qəm töküldü !Bədən darmış ruhuma,Əlim,dilim söküldü ! Yol-qələm,kağız-yarpaqDil-meydan,sinəm-dağ !Güvəndiyim torpaq da,Ayaq altdan […]