--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Tarixi təşəbbüs: Azərbaycan və Türkiyə paxlavanı UNESCO-ya təqdim edir

Aysel Əlibəyli 28 İyun 2026 · 19:26 103 baxış

Azərbaycan və Türkiyə paxlavanın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün birgə namizədlik təqdim ediblər.

Elpress.az xəbər verir ki, Məlumata görə, müraciətlə bağlı yekun qərarın bu il noyabrın 30-dan dekabrın 5-dək Syamen şəhərində keçiriləcək UNESCO-nun Hökumətlərarası Komitəsinin iclasında qəbul olunacağı gözlənilir.

İki qardaş ölkə məşhur şirniyyatın siyahıya “baklava” və “pakhlava” adları altında daxil edilməsi üçün birgə müraciət edib. Türkiyə rəsmiləri təşəbbüslə bağlı nikbin olduqlarını və UNESCO-nun müsbət qərar verəcəyinə ümid bəslədiklərini bildiriblər.

Məlumata görə, bu addım həm də paxlavanın mənşəyi ilə bağlı müxtəlif ölkələr tərəfindən irəli sürülən iddiaların qarşısının alınmasına və onun ortaq mədəni irs nümunəsi kimi beynəlxalq səviyyədə tanınmasına töhfə verə bilər.

Qeyd edək ki, UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısı xalqların adət-ənənələrinin, mərasimlərinin, sənətkarlıq nümunələrinin və nəsildən-nəslə ötürülən mədəni dəyərlərinin qorunması məqsədilə yaradılıb. Hazırda bu siyahıda dünyanın müxtəlif xalqlarına məxsus 600-dən çox qeyri-maddi mədəni irs nümunəsi yer alır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Güclü yağışdan sonra Qəbələyə sel gəldi – yollar keçilməz vəziyyətə düşdü

Next Article

“Hacı Qara” yeni yozumda səhnəyə qayıtdı: klassik komediyada Zəfər ruhu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İşə gecikdiyi üçün həbs olunan Azərbaycan rəssamı kim idi?

Aysel Əlibəyli 29 İyun 2026 · 12:40 84 baxış Cavad Mircavadovun qeyri-adi həyat yolu: 15 yaşında başlayan rəssamlıq macərası Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biri olan Cavad Mircavadovun həyat […]

Əsərləri niyə “təhlükəli” sayılırdı? – Jan de Lafonten

Aysel Əlibəyli 08 İyul 2026 · 15:11 28 baxış Bu gün dünya ədəbiyyatının görkəmli nümayəndələrindən olan Jean de La Fontainein doğum günüdür. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, XVII əsr Fransa ədəbiyyatının ən görkəmli simalarından […]

Şəkidən beynəlxalq diplomatiyaya uzanan uğur yolu

Aysel Əlibəyli 06 İyun 2026 · 09:05 82 baxış Azərbaycanın Şəki şəhərində doğulan Aysun Tanrıverdiyeva bu gün təhsilini Qazaxıstanda davam etdirərək beynəlxalq münasibətlər sahəsində gələcəyini qurur. O, Y.A.Buketov adına Karaqanda Milli Tədqiqat Universitetində beynəlxalq münasibətlər […]

Heydər Əliyev İrsi Böyük Ehtiramla Anıldı

Aysel Əlibəyli 14 İyun 2026 · 12:37 70 baxış Müasir Azərbaycanın Xilası: Abşeronda Qurtuluş Günü Zəfər Ruhunda Qeyd Olundu! Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Gününün növbəti ildönümü Abşeron rayonunda […]