--:--:-- | 05 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Şuşada DOST Evi benefisiarları üçün xüsusi tədbir keçirilib

Aysel Əlibəyli 26 Avqust 2026 · 16:38 1026 baxış

“Şuşada bir gün” proqramında sərgi, master-klas və ekskursiyalar təşkil olunub

Elpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ DOST Evi şöbəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şuşada “Şuşada bir gün” adlı tədbir keçirilib.Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə keçirilən tədbirdə Qarabağ DOST Evinin həssas kateqoriyalardan olan benefisiarları, onların valideynləri və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri iştirak ediblər.Proqram çərçivəsində uşaq və gənclərin hazırladığı əl işlərindən ibarət sərgi nümayiş etdirilib. İştirakçılar təsviri incəsənət, bədii oyma, toxuma və tikmə üzrə təşkil olunan master-klaslara qatılaraq müxtəlif praktiki bacarıqlar əldə ediblər.Tədbirin davamında Üzeyir Hacıbəylinin ev-muzeyinə və Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialına ekskursiyalar təşkil olunub. Həmçinin iştirakçılar Şuşanın mərkəzi meydanı ilə tanış olmaq məqsədilə infoturda iştirak ediblər.Proqramın sonunda “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən tədbir iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ucarda zibil poliqonunda yanğın

Next Article

Qaradağda 4 mindən çox qəlyan tütünü aşkarlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Cenevrədə MAMA “Ana təbiət” beynəlxalq sərgisi təqdim olundu

Elşən 07 May 2026 · 16:18 1096 baxış BMT-nin Cenevrə Ofisində MAMA “Ana təbiət” adlı beynəlxalq incəsənət layihəsinin təqdimatı keçirilib. Elpress.az-ın Yeniçağ-a istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı […]

“Gənc xilasedici” beynəlxalq yarışında Azərbaycan birinci oldu

Aysel Əlibəyli 04 İyul 2026 · 23:01 1098 baxış Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, eləcə də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Gənc xilasedici” XII beynəlxalq yarışı və “Gənc […]

Sabir Rüstəmxanlının 80 illik yubileyi Dram Teatrında qeyd olundu

Elşən 26 May 2026 · 21:59 1211 baxış Azərbaycan ədəbiyyatının və ictimai fikrinin görkəmli nümayəndələrindən biri olan Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə paytaxtda təntənəli tədbir keçirilib. Yubiley gecəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında […]

“Hacı Qara” yeni yozumda səhnəyə qayıtdı: klassik komediyada Zəfər ruhu

Aysel Əlibəyli 28 İyun 2026 · 19:32 1150 baxış Elpress.az xəbər verir ki, iyunun 27-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” komediyası əsasında hazırlanan “Hacı Qara” tamaşasının premyerası keçirilib. […]