--:--:-- | 12 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Ucarda zibil poliqonunda yanğın

Aysel Əlibəyli 26 Avqust 2026 · 16:35 1056 baxış

Alov 1 hektar əraziyə yayılıb yanğınsöndürənlər alovun qarşısını almağa çalışır

Elpress.az xəbər verir ki, Ucar rayonunda zibil poliqonunda yanğın baş verib.Hadisə rayon ərazisində yerləşən, ümumi sahəsi 3 hektar olan poliqonda qeydə alınıb. Yanğın artıq təxminən 1 hektar ərazini əhatə edib.Alovun söndürülməsi və yayılmasının qarşısının alınması üçün FHN-nin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Hazırda yanğınsöndürənlər yanğının tam nəzarətə götürülməsi istiqamətində tədbirlər həyata keçirirlər.Yanğın zamanı ərazidən keçən elektrik naqillərinin zədələnməsi nəticəsində bir neçə kəndin elektrik enerjisi ilə təminatında fasilə yaranıb.Bundan başqa, poliqon Bakı-Qazax magistral yolunun yaxınlığında yerləşdiyindən yanğın nəticəsində yaranan tüstü yolda görmə məsafəsini nisbətən məhdudlaşdırır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Azərbaycan tarixi” VI sinifdə Azərbaycan dilində tədris olunacaq

Next Article

Şuşada DOST Evi benefisiarları üçün xüsusi tədbir keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ağdamda genişmiqyaslı yanğın başladı

Aysel Əlibəyli 08 İyul 2026 · 15:07 1113 baxış Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində açıq sahədə yanğın baş verib. Elpress.az xəbər verir ki, Yanğın Ağdamın işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində yerləşən […]

“Azərsilah” poliqonunda yanğın baş verdi

Aysel Əlibəyli 19 İyul 2026 · 16:53 1124 baxış “Azərsilah”ın poliqonunda baş verən yanğın söndürüldü Elpress.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi QSC-yə məxsus poliqonlardan birində sınaqlar zamanı […]

Sənan Əsədzadə ilə bağlı saxlanılma qərarı icra olunub.

Aysel Əlibəyli 22 May 2026 · 21:34 1170 baxış Daha əvvəl barəsində çoxsaylı şikayətlər yayılan Sənan Əsədzadə Misirin paytaxtı Cairo şəhərində saxlanılıb. Elpress.az -ın Milli.az – a istinadən verdiyi məlumata görə, o, xaricdən avtomobil gətirmək […]

Füzulidə qəza: ANAMA əməkdaşı həyatını itirib

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:14 1048 baxış “Mercedes” idarəetmədən çıxaraq ağaclara çırpılıb, sürücü hadisə yerində ölüb Elpress.az xəbər verir ki, Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Qəza rayonun Molla Məhərrəmli kəndi ərazisində […]