--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Mədəniyyət Nazirliyində yeni təyinatlar olub

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:35 1050 baxış

Hikmət Mustafayev Aparat rəhbəri, Mustafa Abbasbəyli isə nazir müşaviri təyin edilib

Elpress.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin Aparatında yeni kadr dəyişiklikləri həyata keçirilib.Nazirlikdən verilən məlumata görə, mədəniyyət naziri Adil Kərimlinin imzaladığı müvafiq əmrlə Hikmət Mövlud oğlu Mustafayev Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.1997-ci ildən dövlət qulluğunda çalışan Hikmət Mustafayev müxtəlif illərdə Dövlət Əmlak Komitəsi, İqtisadi İnkişaf Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsində məsul və rəhbər vəzifələrdə fəaliyyət göstərib. Son təyinatından əvvəl isə Heydər Əliyev Mərkəzi direktorunun müşaviri olub.Qeyd edək ki, Aparat rəhbəri vəzifəsini daha əvvəl Mustafa Abbasbəyli icra edib. Nazir Adil Kərimlinin digər əmri ilə Mustafa Abbasbəyli Mədəniyyət Nazirinin müşaviri vəzifəsinə təyin olunub.Xatırladaq ki, cari ilin əvvəlində nazir müşaviri vəzifəsində çalışan Oleq Əmirbəyov Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru təyin edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İran neft satışından 7,5 milyard dollar gəlir əldə edib

Next Article

Əcəmi Naxçıvani haqqında filmin çəkilişləri yekunlaşıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Qarabağın izi – sənətdə yaşayan dəyərlər”

Aysel Əlibəyli 14 May 2026 · 10:40 1125 baxış Xankəndidə “Qarabağın izi – sənətdə yaşadılan dəyərlər” adlı sərgi təşkil olunub. Qarabağ Universitetində “Qarabağın izi – sənətdə yaşayan dəyərlər” adlı təqdimat və sərgi təşkil edilib.Xankəndi şəhəri […]

Azərbaycan jurnalistləri Özbəkistanda IT Parkı ziyarət edib

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:09 1044 baxış Media nümayəndələrinə Özbəkistanın İT və rəqəmsal iqtisadiyyat strategiyası barədə məlumat verilib Elpress.az xəbər verir ki, Azərbaycanlı media nümayəndələri Özbəkistana təşkil olunan media turu çərçivəsində ölkənin aparıcı […]

Ölüm, gəl tanış olaq… – İslam QƏRİBLİ

Aysel Əlibəyli 08 Avqust 2026 · 15:57 1056 baxış Şeirlərindəki ilk baxışda adi görünən deyimlərində böyük həqiqətlər gizlənən, çoxsəsli çağdaş Azərbaycan poeziyasında öz yeri, öz nəfəsi olan Əli Hacının qeyri-adi, ilk baxışda qəribə ad seçdiyi […]

Rotterdamlı Erazm Martin Lüterə niyə qoşulmamışdı?

Aysel Əlibəyli 12 İyul 2026 · 21:12 1100 baxış İyulun 12-si İntibah dövrünün görkəmli humanisti, filosofu və yazıçısı Rotterdamlı Erazmın anım günüdür. Elpress.az Kulis.az-a istinadən bildirir ki, İntibah dövrü humanizminin banilərindən biri hesab olunan holland […]