--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Əcəmi Naxçıvani haqqında filmin çəkilişləri yekunlaşıb

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:39 1048 baxış

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” ekran əsəri post-prodakşn mərhələsinə keçib

Elpress.az xəbər verir ki, Məşhur memar Əcəmi Naxçıvaninin həyat və yaradıcılığına həsr olunan “Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filminin çəkiliş prosesi başa çatıb.Azərbaycan Respublikasının Kino Agentliyindən verilən məlumata görə, ekran əsəri Əcəmi Naxçıvaninin 900 illik yubileyi münasibətilə dövlət sifarişi əsasında hazırlanır. Filmin istehsalı “Şahdağ Film” və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası tərəfindən birgə həyata keçirilir.Ekran əsərinin son çəkilişləri ötən günlərdə baş tutub. Filmin çəkiliş məkanları sırasında “Azərbaycanfilm” Kinostudiyası, Gəncə şəhəri, Qaradağ rayonu və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisi yer alıb.Hazırda layihə post-prodakşn mərhələsindədir. Bu mərhələdə filmin montajı, səs yazısı və digər texniki işlər həyata keçirilir. Müvafiq proseslər yekunlaşdıqdan sonra filmin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mədəniyyət Nazirliyində yeni təyinatlar olub

Next Article

Tramp: İranla danışıqlar mümkündür

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Milli Qəhrəman Kazımağa Kərimovun 75 illiyi qeyd edilib

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:39 1050 baxış Kazımağa Kərimovun yubileyi Şəhidlər xiyabanında anım mərasimi ilə yad olunub Elpress.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Kazımağa Möhsün oğlu Kərimovun anadan […]

Azərbaycanın ilk qadın idman ustası Züleyxa Hacıyeva vəfat edib

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 08:57 1024 baxış Elpress.az xəbər verir ki, Azərbaycanın ilk qadın idman ustalarından biri, Əməkdar artist Züleyxa Hacıyeva 103 yaşında dünyasını dəyişib.Bu barədə Azərbaycan Televiziya Verilişləri QSC-nin sədri Rövşən Məmmədov […]