--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

BDU-nun elmi göstəriciləri yüksəlib

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:51 1050 baxış

Bakı Dövlət Universitetinin H-indeksi 78-ə çatıb, elmi əsərlərə istinadlar artıb

Elpress.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq elmi platformalardakı göstəricilərində son illərdə əhəmiyyətli artım qeydə alınıb. “Clarivate Analytics”in məlumatlarına əsasən, BDU-nun H-indeksi hazırda 78 təşkil edir. Müqayisə üçün, bu göstərici 2018-ci ildə 35, 2023-cü ildə isə 52 olub.Universitetin elmi fəaliyyətinin digər əsas göstəricilərindən biri olan istinadların orta sayı da yüksələrək 10,95-ə çatıb. “Web of Science” elmi bazasında yer alan nüfuzlu jurnallarda BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən ümumilikdə 5258 elmi məqalə dərc edilib.Həmin elmi əsərlərə indiyədək təxminən 58 min istinad verilib. İstinadların sayında son illərdə ardıcıl artım müşahidə olunub. Belə ki, 2023-cü ildə 29 min olan istinad sayı 2024-cü ildə 37 minə yüksəlib, hazırda isə 58 minə yaxınlaşıb.Universitetdə elmi infrastrukturun inkişafı, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və yeni tədqiqat istiqamətlərinin yaradılması BDU-nun beynəlxalq elmi nüfuzunun artmasına təsir edən əsas amillər sırasında göstərilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azad edilmiş ərazilərdə minaaxtaran itlərdən istifadə olunacaq

Next Article

SOCAR və “CNOOC” əməkdaşlıq memorandumu imzalayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türk dünyasının gənc şairləri Ağdamda görüşdü

Aysel Əlibəyli 17 İyul 2026 · 16:13 1063 baxış Vaqif Poeziya Günləri çərçivəsində Ağdamda Türk dünyasının gənc şairlər festivalı keçirilib Elpress.az xəbər verir ki , Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən […]

Daşkəsəndə təbiət üçün birgə aksiya keçirildi

Aysel Əlibəyli 06 İyun 2026 · 13:34 1173 baxış “AzerGold” QSC ilə “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı çərçivəsində Daşkəsən rayonunda 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş “Təbiətə qayğı missiyamızdır!” şüarı […]

“44” bədii filminin premyera tarixi açıqlanıb

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 15:58 1022 baxış Elpress.az xəbər verir ki, Vətən müharibəsindən bəhs edən “44” bədii filminin ilk nümayişinin vaxtı məlum olub.Filmin premyerası oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Daha sonra ekran […]