--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

SOCAR və “CNOOC” əməkdaşlıq memorandumu imzalayıb

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 16:28 1068 baxış

Azərbaycan və Çin şirkətləri neft-qaz layihələrində tərəfdaşlığı genişləndirəcək

Elpress.az xəbər verir ki, SOCAR ilə Çinin Milli Dəniz Neft Korporasiyası (“CNOOC”) arasında enerji sektorunda əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.Sentyabrın 1-də SOCAR-ın prezidenti Rövşən Nəcəf “CNOOC” şirkətinin sədri Canq Şanczyan ilə görüş keçirib. Görüş zamanı iki şirkət arasında gələcək tərəfdaşlığın əsas istiqamətləri müzakirə olunub.Tərəflər dənizdə neft və qaz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı, həmçinin neft emalı və neft-kimya sahələrində mümkün investisiya imkanlarını nəzərdən keçiriblər. Bundan əlavə, beynəlxalq ticarət, müasir texnologiyaların tətbiqi və əməliyyatların səmərəliliyinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.İmzalanan sənədə əsasən, Azərbaycan və digər ölkələrdə birgə “upstream” layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın qurulması planlaşdırılır.Memorandum çərçivəsində neft-qaz sənayesində texniki xidmətlərin göstərilməsi, avadanlıq və texnologiyaların təchizatı, mühəndislik, eləcə də əməliyyat və texniki dəstək sahələrində birgə fəaliyyətin genişləndirilməsi nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

BDU-nun elmi göstəriciləri yüksəlib

Next Article

Ukraynanın Qara dəniz limanları blokadaya düşüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda orta maaş 7 faiz artıb

Aysel Əlibəyli 10 Avqust 2026 · 17:01 1124 baxış Orta aylıq əməkhaqqı 1 174 manata yüksəlib Elpress.az xəbər verir ki, Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqında artım qeydə alınıb.Dövlət Statistika Komitəsinin məlumatına görə, […]

kart hesablarında yaranan texniki problem araşdırılır

Aysel Əlibəyli 24 İyun 2026 · 19:07 1120 baxış Azərbaycanda bəzi bankların kart əməliyyatlarında yaranan texniki nasazlığın “Azericard” MMC-dən qaynaqlanmadığı bildirilib. Şirkətdən verilən məlumata görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı “Azericard”dan asılı olmayan texniki […]

Azərbaycanda vergi ödəyicilərinin sayı 4,8% artıb

Aysel Əlibəyli 12 Avqust 2026 · 13:34 1064 baxış Ölkədə uçotda olan vergi ödəyicilərinin sayı 1,7 milyonu ötüb Elpress.az xəbər verir ki, Azərbaycanda uçotda olan vergi ödəyicilərinin sayında artım qeydə alınıb.Dövlət Vergi Xidmətinin məlumatına əsasən, […]