--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azad edilmiş ərazilərdə abidələrə 700 milyon manatdan çox ziyan dəyib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:27 1046 baxış

434 abidəyə dəymiş maddi ziyanın ümumi məbləği 700 milyon 154 min manat qiymətləndirilir

Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş ərazilərdə yerləşən mədəni irs nümunələrinin inventarlaşdırılması davam etdirilir. Ümumilikdə ərazilərdəki 749 abidədən 575-də inventarlaşdırma işləri aparılıb. Onlardan 196-sı Şuşa şəhərində yerləşir.İnventarlaşdırma zamanı abidələr üzrə çöl tədqiqatları keçirilib, rəqəmsal xəritələr hazırlanıb, foto və dron görüntüləri qeydə alınıb. Həmçinin arxiv sənədləri və digər tarixi mənbələr araşdırılıb.Aparılan monitorinqlər işğal dövründə mədəni irs nümunələrinin ciddi dağıntı və vandalizmə məruz qaldığını göstərib. Məlumata görə, azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb, 115 abidə isə genişmiqyaslı dağıntılara məruz qalıb. Digər abidələr müxtəlif dərəcədə zədələnib.Hazırda 434 abidəyə dəymiş ümumi maddi ziyanın 700 milyon 154 min manat olduğu hesablanır.Dövlət qeydiyyatında olan dini-memarlıq abidələri arasında da ciddi dağıntılar qeydə alınıb. Belə ki, 9 türbə, 3 qəbiristanlıq və 7 məscid tamamilə dağıdılıb. Bundan başqa, 25 məscid, 14 türbə və 2 sərdabə müxtəlif dərəcədə zərər görüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasını yaradıb

Next Article

130 abidənin inventarlaşdırılması hələ başa çatmayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Daşkəsəndə təbiət üçün birgə aksiya keçirildi

Aysel Əlibəyli 06 İyun 2026 · 13:34 1187 baxış “AzerGold” QSC ilə “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı çərçivəsində Daşkəsən rayonunda 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş “Təbiətə qayğı missiyamızdır!” şüarı […]

Xalq artisti Sərvər Qəniyevin xatirəsi anılır

Aysel Əlibəyli 05 Avqust 2026 · 12:52 1064 baxış Bu gün görkəmli skripkaçı, dirijor, Xalq artisti Sərvər Qəniyevin anadan olmasının 89-cu ildönümü qeyd olunur. Elpress.az xəbər verir ki, Azərbaycan musiqi sənətinin tanınmış nümayəndələrindən olan Sərvər […]

Heydər Əliyev İrsi Böyük Ehtiramla Anıldı

Aysel Əlibəyli 14 İyun 2026 · 12:37 1134 baxış Müasir Azərbaycanın Xilası: Abşeronda Qurtuluş Günü Zəfər Ruhunda Qeyd Olundu! Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Gününün növbəti ildönümü Abşeron rayonunda […]

Görkəmli şair Çingiz Əlioğlu vəfat edib

Aysel Əlibəyli 09 Avqust 2026 · 17:28 1082 baxış Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan görkəmli şair Çingiz Əlioğlu vəfat edib. Elpress.az xəbər verir ki, şairin vəfatı ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Xəbər ədəbiyyat və […]