--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Yerli ekspertizanın investisiyalarda rolu müzakirə olunub

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:38 1106 baxış

Bakıda keçirilən paneldə xarici kapitalın yerli səriştə və texnologiyaların inkişafına təsiri müzakirə edilib

Elpress.az xəbər verir ki, Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində yerli ekspertizanın və qeyri-maddi kapitalın xarici investisiyaların cəlb edilməsində rolu ilə bağlı panel müzakirəsi keçirilib.Tədbirdə SOCAR, AZPROMO, PÖRNER, KPMG Azərbaycan və Caspian Business Hub nümayəndələri iştirak ediblər.Müzakirələr zamanı xarici investisiyaların yalnız ayrı-ayrı layihələrin maliyyələşdirilməsi vasitəsi kimi deyil, yerli kadr və səriştələrin inkişafına, sənaye kooperasiyasının genişlənməsinə və yeni ixrac imkanlarının formalaşmasına xidmət edən mexanizmə çevrilməsi məsələləri diqqətə çatdırılıb.Panel iştirakçıları bildiriblər ki, investisiyanın yaratdığı uzunmüddətli dəyərdə texnologiyaların ötürülməsi, mühəndislik bacarıqlarının inkişafı, yerli təchizat zəncirlərinin qurulması, beynəlxalq standartların tətbiqi və ixrac potensialının artırılması mühüm rol oynayır.TPE şirkətinin icraçı direktoru Rüstəm İsmayılov qeyd edib ki, layihələr zamanı əldə olunan bilik və təcrübənin sistemləşdirilməsi növbəti layihələrin daha səmərəli həyata keçirilməsinə imkan yaradır.SOCAR nümayəndəsi Hikmət Abdullayev isə beynəlxalq tərəfdaşlıq çərçivəsində metodologiya, texnologiya və ekspertizanın yerli mütəxəssislərə ötürülməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, məqsəd xarici tərəfdaşların yalnız işi icra etməsi deyil, əldə olunan biliklərin ölkədə qalmasıdır.Müzakirədə Xəzər regionunda investisiya layihələrinin reallaşdırılması üçün müxtəlif tərəflər arasında koordinasiyanın gücləndirilməsinin əhəmiyyəti də qeyd olunub.Caspian Business Hub-ın rəhbəri Nərmin Cəfərova bildirib ki, əməkdaşlıq infrastrukturunun inkişaf etdirilməsi şirkətlərin mürəkkəb transsərhəd layihələrdə birgə fəaliyyətini asanlaşdıra bilər.Paneldə vurğulanıb ki, investisiyaların qiymətləndirilməsində yalnız cəlb olunan kapitalın həcmi deyil, həmin vəsaitin ölkə daxilində yaratdığı uzunmüddətli iqtisadi dəyər, texnoloji bilik və yerli səriştələrin inkişafına təsiri də nəzərə alınır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zelenski: Ukrayna Rusiyada iki müdafiə zavoduna zərbə endirib

Next Article

Azərbaycan və Türkiyə gömrük əməkdaşlığını genişləndirir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

SOCAR “Günəşli” yatağında 3D seysmik tədqiqatı yekunlaşdırdı

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 10:47 1056 baxış SOCAR Xəzər dənizində yerləşən “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqat layihəsini başa çatdırıb. Elpress.az xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin istismar etdiyi yataqda aparılan […]

Azərbaycan və Türkiyə elektrik sistemlərini daha sıx inteqrasiya edəcək

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:22 1058 baxış Alparslan Bayraktar: Enerji əməkdaşlığında yeni imkanlar yaranır Elpress.az xəbər verir ki, Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığının elektrik enerjisi sistemlərinin daha sıx inteqrasiyası istiqamətində genişləndirilməsi nəzərdə […]

Azərbaycanın enerji rolu daha da güclənəcək

Aysel Əlibəyli 06 İyun 2026 · 14:12 1180 baxış Enerji keçidi bir gecədə baş verə bilməz, bu proses zaman, planlı yanaşma və dayanıqlı infrastruktur tələb edir. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanın Rusiyadakı səfiri […]

ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasını yaradıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:23 1046 baxış Azərbaycan Dövlət Neft Fondu aparıcı suveren investorlarla yeni investisiya platforması təsis edib Elpress.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bir sıra aparıcı suveren […]