--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Kreditlərdə yeni qayda

Aysel Əlibəyli 29 İyun 2026 · 12:21 1162 baxış

Məsafədən kreditlərə nəzarət güclənir: Yeni qaydalar vətəndaşların maliyyə təhlükəsizliyini artıracaq

Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanda kredit xidmətlərindən istifadə zamanı təhlükəsizliyin artırılması və istehlakçı hüquqlarının daha yaxşı qorunması məqsədilə yeni qaydalar tətbiq ediləcək.Azərbaycan Mərkəzi Bankı kredit risklərinin idarə olunması qaydalarına dəyişiklik edib. Yeni tənzimləmələr məsafədən göstərilən maliyyə xidmətləri zamanı yarana biləcək risklərin azaldılması, vətəndaşların hüquqlarının müdafiəsinin gücləndirilməsi və kredit əməliyyatlarında daha etibarlı mexanizmlərin yaradılmasına yönəlib.Deputat Vüqar Bayramovun sözlərinə görə, dəyişikliklər bu ilin oktyabrından qüvvəyə minəcək. Yeni qaydalara əsasən, vətəndaşlara məsafədən istehlak krediti müqavilələrinin bağlanmasına və kredit limitlərinin artırılmasına qarşı könüllü məhdudiyyət tətbiq etmək imkanı veriləcək.Belə ki, vətəndaşlar Azərbaycan Kredit Bürosu vasitəsilə müraciət edərək bütün kredit təşkilatlarında məsafədən kredit rəsmiləşdirilməsinə qadağa qoya biləcəklər. Həmçinin müştərilər yalnız xidmət aldıqları konkret kredit təşkilatına müraciət etməklə həmin qurum üzrə məhdudiyyət tətbiq edə biləcəklər.Yeni tələblərə görə, kredit təşkilatları məsafədən kredit verməzdən əvvəl bu məhdudiyyətləri yoxlamalı və yalnız qadağa olmadığı halda maliyyə vəsaitlərini təqdim etməlidirlər.Qaydalarla yanaşı, məsafədən bağlanan istehlak kreditləri üzrə vəsaitlərin hesaba köçürülməsində gözləmə müddəti də müəyyənləşdirilib. Kredit məbləği minimum əmək haqqının iki mislinədək olduqda pul vəsaiti 2 saatdan sonra, bu həddi keçdikdə isə 24 saat sonra hesaba yatırılacaq.Ekspertlər hesab edir ki, bu dəyişikliklər kiberdələduzluq hallarının qarşısının alınmasına və vətəndaşların maliyyə təhlükəsizliyinin artırılmasına kömək edə bilər. Bununla yanaşı, maliyyə savadlılığının artırılması və təhlükəsizlik sistemlərinin daha da gücləndirilməsi vacib istiqamətlərdən biri olaraq qalır.Yeni qaydaların tətbiqi ilə məsafədən kreditləşmə prosesində daha ciddi nəzarət mexanizmlərinin formalaşması gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yerli buğdanın dövlət tədarük qiyməti açıqlandı

Next Article

Bakıda mansard mənzillər adi evlərdən nə qədər ucuzdur?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yeni qayda ilə maaş sistemi: bu şəxslərə ödəniş dəyişir

Aysel Əlibəyli 06 İyun 2026 · 14:18 1168 baxış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılmış maliyyə vəsaitlərinin istifadəsi ilə bağlı yeni qaydalar rəsmi şəkildə təsdiqlənib. Elpress.az-ın Milli.az-a istinadən […]

Kreml: Rusiya Avropa qaz bazarına qayıda bilər

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:42 1030 baxış Peskov qaz təchizatının bərpasının Rusiyanın lazımi həcmləri təmin etməsindən asılı olduğunu bildirib Elpress.az xəbər verir ki, Rusiya qazının Avropa bazarına yenidən qaytarılması məsələsinin müzakirə oluna biləcəyi […]

Azərbaycandan Türkmənistana ixrac 37 faizə yaxın artıb

Aysel Əlibəyli 23 İyun 2026 · 17:19 1102 baxış Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar–may aylarında Azərbaycandan Türkmənistana ixracın həcmi əhəmiyyətli dərəcədə artıb. Hesabata əsasən, bu dövrdə Azərbaycandan Türkmənistana 26 milyon 308,51 min […]