--:--:-- | 05 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Toxumçuluq sahəsində yeni qaydalar qüvvəyə mindi

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:08 1034 baxış

Azərbaycanda toxumçuluq sahəsində hüquqi tənzimləməni yeniləyən yeni qanun qüvvəyə minib.

Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı Fərman imzalayıb.

Yeni qanun toxumların istehsalı, emalı, tədarükü, saxlanması, daşınması və ticarət dövriyyəsi, o cümlədən idxalı və ixracı, sertifikatlaşdırılması və keyfiyyətinə nəzarətlə bağlı münasibətləri tənzimləyir.Qanun 6 fəsil və 27 maddədən ibarətdir. Sənəddə toxumçuluq sahəsində fəaliyyət göstərən şəxslərin və qurumların hüquqi, iqtisadi və təşkilati əsasları müəyyənləşdirilir.

Yeni qaydalara əsasən, seleksiya və toxumçuluq sahəsində xüsusi informasiya sistemi və Reyestr yaradılacaq. Reyestrdə seleksiya nailiyyətləri, qeydiyyata alınmış toxum əməliyyatçıları, bağlanmış müqavilələr və toxumluq əkinlər barədə məlumatlar toplanacaq.

Sistemin elektronlaşdırılması nəticəsində aidiyyəti şəxslər sort və səpin keyfiyyətini təsdiqləyən sertifikata malik toxumlar, eləcə də onların bioloji və iqtisadi göstəriciləri barədə daha ətraflı məlumat əldə edə biləcəklər.

Qanunda toxumçuluq haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən daxil olan vəsaitlə bağlı da xüsusi müddəa yer alıb. Belə ki, həmin cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq qurumun işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə həmin qurumun hesabına köçürüləcək.Yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar 1997-ci il 11 mart tarixli “Toxumçuluq haqqında” qanun ləğv edilib.

Bununla yanaşı, yeni qanun qüvvəyə minənədək toxum istehsalçılarına verilmiş şəhadətnamələr həmin sənədlərdə göstərilən müddət ərzində hüquqi qüvvəsini saxlayacaq.

Yeni qanunun əsas məqsədi toxumçuluq sahəsində müasir idarəetmə mexanizmlərinin tətbiqi, məlumatların elektronlaşdırılması, toxumların keyfiyyətinə nəzarətin gücləndirilməsi və bu sahədə fəaliyyətin daha şəffaf şəkildə tənzimlənməsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ İran müharibəsində 45 “Reaper” PUA-sı itirib

Next Article

Vətən müharibəsi iştirakçısına Naxçıvanda yeni vəzifə verilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakı–Tbilisi qatarının bilet qiymətləri açıqlandı

Elşən 20 May 2026 · 15:07 1136 baxış Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının bilet qiymətləri açıqlanıb və tariflər sərnişinlərin seçdiyi məsafə ilə komfort səviyyəsinə uyğun müəyyənləşdirilib. Komfort sinfi üzrə biletlərin qiyməti 51 manatdan başlayır və […]

Eldar Qəribov Fransadakı dəbdəbəli villasını satmağa çalışır

Aysel Əlibəyli 07 Avqust 2026 · 09:24 1054 baxış “Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribov Fransadakı 34 milyon manatlıq mülkünə bir ildən çoxdur müştəri tapa bilmir Elpress.az xəbər verir ki, “Unibank”ın Müşahidə Şurasının sədri Eldar […]

BP-nin AGT regionu üzrə xərcləri 30% artıb

Aysel Əlibəyli 06 Avqust 2026 · 15:00 1032 baxış BP hesabatı: Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli xərclər 1 milyard dolları keçdi Elpress.az xəbər verir ki, BP şirkətinin Azərbaycandakı fəaliyyətinə dair 2026-cı ilin birinci yarısının nəticələrinə əsasən, […]