--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Xəzərdə külək enerjisi layihələri ilə bağlı əməkdaşlıq müzakirə edilib

Aysel Əlibəyli 16 İyul 2026 · 13:49 1118 baxış

ASCO və Dünya Bankı Xəzərdə külək enerjisi layihələrinin dəniz-logistika imkanlarını dəyərləndirib

Elpress.az xəbər verir ki, “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Dünya Bankının ekspert nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Görüşdə Xəzər dənizində həyata keçirilməsi planlaşdırılan külək enerjisi layihələrinin icrası zamanı tələb olunacaq dəniz-logistika xidmətləri və texniki təminat məsələləri geniş müzakirə edilib.Tərəflər ASCO-nun ixtisaslaşmış donanmasının imkanlarını, dənizdə külək enerjisi qurğularının tikintisi, quraşdırılması və istismarı prosesində istifadə oluna biləcək gəmi növlərini, eləcə də layihələrin müxtəlif mərhələlərində logistika həllərini dəyərləndiriblər.Görüş zamanı bildirilib ki, Xəzər dənizinin bərpaolunan enerji potensialından səmərəli istifadə olunması üçün müasir dəniz nəqliyyatı və logistika infrastrukturunun inkişafı mühüm əhəmiyyət daşıyır. Qeyd edilib ki, ixtisaslaşmış gəmi xidmətləri bu layihələrin vaxtında və səmərəli həyata keçirilməsində mühüm rol oynaya bilər.Müzakirələrdə qarşılıqlı maraq doğuran digər əməkdaşlıq istiqamətləri də nəzərdən keçirilib. Görüşdə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndəsi də iştirak edib.Səfər çərçivəsində Dünya Bankının ekspertləri ASCO-nun “Üç əsrin şahidi” muzeyini ziyarət edərək Azərbaycanın dənizçilik tarixi, Xəzər gəmiçiliyinin inkişaf mərhələləri və sahənin zəngin irsi ilə tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanlı dənizçilərə müharibə zonaları ilə bağlı çağırış

Next Article

Sem Nillin nədən öldüyü bəlli olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Naxçıvan reyslərində gecikmələrin səbəbi açıqlandı – AZAL

Aysel Əlibəyli 13 İyun 2026 · 21:43 1124 baxış AZAL Naxçıvan istiqamətində bəzi reyslərdə dəyişiklik edildiyini açıqlayıb. AZAL mətbuat xidmətinin yaydığı məlumata əsasən, Naxçıvan istiqamətində həyata keçirilən bəzi reyslər əlverişsiz və qeyri-sabit hava şəraiti səbəbindən […]

Azərbaycanda təkafulun tətbiqi genişlənir

Aysel Əlibəyli 18 İyun 2026 · 16:34 1188 baxış Eyvaz Cəfərli İslam maliyyəsi sahəsində təkaful sisteminin mühüm rol oynadığını bildirib. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, “Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri” MMC-nin direktoru təkafulun […]